Nazir bədbin danışdı: "Azalma olacaq"

13 oktyabr 2015
Nazir bədbin danışdı: "Azalma olacaq"“Pessimist variant kimi isə 40 dollar nəzərdə tutulur”.

2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisədə 4 milyard 872 milyon manat az vəsait deməkdir.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin 2016-cı ilin dövlət büdcəsi zərfinə həsr olunmuş plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir, 2015-ci illə müqayisdə 2016-cı il dövlət büdcəsinin gəlirlərinin və xərclərinin azalmasının səbəblərini dünyada baş verən qlobal proseslər, həmçinin neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqələndirib.

Onun sözlərinə görə, bu baxımdan 2016-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollar həcmində nəzərdə tutulub. Nazir qeyd edib ki, optimist variant kimi neftin bir barelinin qiyməti 60, pessimist variant kimi isə 40 dollar nəzərdə tutulur.

“Odur ki, 2016-cı ildən 2019-cu ilə kimi Azərbaycan iqtisadiyyatının inkişafında azalma müşahidə olunacaq”, - deyə S.Şərifov sözlərinə əlavə edib.

Nazir qeyd edib ki, hasilatın pay bölgüsündə mənfəət vergisi üzrə büdcəyə gələn il 500 milyon manat vəsaitin daxil olması planlaşdırılır: “Bu ilin sonuna isə 150 milyon manat aşağı mənfəət vergisinin daxil olması planlaşdırılır. Dövlət Gömrük Komitəsindən 1 milyard 590 min manat vəsait daxil olacaq. Özəl investisayaların cəlb ediməsinin fəallaşdırılması nəzərdə tutulub”.

Onun sözlərinə görə, dünyada baş verən qlobal iqtisadi dəyişikliklərin, maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, bu ilin 6 ayı ərzində ölkədə 26,3 milyard Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub. Həmçinin, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayı ərzində iqtisadiyyatın real artımı 5,7 faiz təşkil edib.
Xəbəriniz olsun

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

Facebook