Polis əməkdaşları şəhid atasını döyüblər - FOTO

14 oktyabr 2015
Polis əməkdaşları şəhid atasını döyüblər - FOTOƏhməd Süleymanov: “Deputatın rəis qardaşı mənə dedi ki, “get, hara istəyirsən, şikayət et””

Biləsuvarda məskunlaşmış Cəbrayıldan məcburi köçkün, şəhid atası, 1936-ci il təvəllüdlü Əhməd Süleymanov “Bizim Yol”a müraciət edərək, polis əməkdaşı tərəfindən döyüldüyünü bildirib. “Biləsuvarda məcburi köçkünlər üçün 11 qəsəbə salınıb. Mən 2 saylı qəsəbədə, 309 nömrəli evdə yaşayıram. Hadisə 4 saylı qəsəbənin yolunda baş verib. Belə ki, şəxsi avtomobilimlə hərəkət edərkən yol-nəqliyyat hadisəsi baş verdi. Əraziyə Cəbrayıl rayonunun polisləri gəldi. Mən polisdən tələb etdim ki, maşınlar tərpədilməsin, eskpertlər gəlib məsələni araşdırsın. Mənim bu tələbim Tofiq adlı polisin xoşuna gəlmədi. O, mənim boynumu burdu, digər polis isə məni təpiklədi. Sonra məni post-patrul maşınına saldılar. Burda da mənə işgəncə verildi. Məni Cəbrayıl Rayon Polis Şöbəsinə gətirdilər”.

Hazırda səhhətinin ağır olduğunu bildirən şikayətçi evdə müalicə aldığını qeyd etdi: “Səhhətimin ağır vəziyyətdə olması ilə bağlı həkim mənim hərəkət etməyimə icazə vermir. Biz Cəbrayılın deputatı Astan Şahverdiyevin qardaşı, polis rəisi Araz Şahverdiyevin qəbulunda olduq. Polis əməkdaşlarının səlahiyyətini aşması barədə tədbir görülməsini xahiş etdik. Rəisin xahişimizə cavabı “get, şikayət et” oldu. Biz də Cəbrayıl rayon prokurorluğuna şikayət etmişik”.
Xəbəriniz olsun

18.12.2018 - Millət vəkili çayın məcrasını dəyişdirib 50 evi su altında qoymaq istəyir – PREZİDENTƏ ŞOK ŞİKAYƏT

18.12.2018 - “AZƏRBAYCANIN NİYYƏTİNİ BAŞA DÜŞƏ BİLMİRƏM…” – General Stepanyan

18.12.2018 - “Nar” mətbuat nümayəndələrini bir araya topladı

16.12.2018 - Mübariz haqda status yazan psixoloqdan açıqlama – “Tanış bir erməni xanım var…”

16.12.2018 - Bakıda ailə dramı: Əmisi arvadı ilə 10 il eşq macərası yaşadı, qatilə çevrildi

16.12.2018 - Salome Zurabişvili and içdi, mühüm mesajlar verdi: "Əsas hədəfimizə heç nə mane ola bilməz”

16.12.2018 - Lukaşenko: “Paşinyana dedim ki, bəs niyə dilini bir yerinə gizlətmişdin?”

16.12.2018 - Deputatla bağlı şok sənədlər yayıldı – Rafael Cəbrayılovun borcu əl yazısı ilə təsdiq olundu – FOTO

15.12.2018 - Deputat sərxoş olub restoranda dava saldı, mühafizə işə qarışıb

14.12.2018 - SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb - FOTO

14.12.2018 - Maksim Medvedev: "Bu təxribata görə kimsə cavabdeh olacaq və cəzasını çəkəcək"

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

Facebook