Azərbaycan səfirliyi təkzib edir: “Səfir belə bəyanat verməyib”

14 oktyabr 2015
Azərbaycan səfirliyi təkzib edir: “Səfir belə bəyanat verməyib”“Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın Yuta ştatının paytaxtı Solt Leyk Siti şəhərində yerləşən Yuta Universitetində konqresmen Kris Stüartın təşəbbüsü ilə baş tutmuş “ABŞ-ın dünyada rolu” adlı tədbirdə həqiqətən də iştirak edib. Lakin səfir öz əksini “The Salt Lake Tribune” qəzetindəki məqalədə tapan hay-küylü bəyanatla çıxış etməyib”.

Bunu virtualaz.org saytına açıqlamasında Azərbaycanın ABŞ-dakı səfirliyinin III katibi Natiq Baxışov bildirib.

N.Baxışovun sözlərinə görə, səfirin çıxışı təhrif olunub: “Təəssüf edirik ki, adıçəkilən qəzet səfir Elin Süleymanovun çıxışındakı bəzi sözləri kontekstdən çıxararaq özünə sərf edən şəkildə təqdim edib. Halbuki səfirin Qarabağ və enerji təhlükəsizliyi barədəki bəyanatlarının heç biri həmin məqalədə əksini tapmır. Bundan əlavə, səfir çıxış edəndə məqalənin müəllifi Li Devidson zalda deyildi. Ona görə də biz onun yazdıqlarının hamısını tamamilə təkzib edirik”.
Xəbəriniz olsun

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

Facebook