Fazil Məmmədov iki icra başçısına görə pis vəziyyətlə üzləşib - TƏFƏRRÜAT

15 oktyabr 2015
Fazil Məmmədov iki icra başçısına görə pis vəziyyətlə üzləşib - TƏFƏRRÜATBinəqədinin və Şəmkirin icra başçıları yarıtmaz fəaliyyətləri ilə Vergilər naziri Fazil Məmmədovu töhmət və qınaq sahibi ediblər. Vergilər nazirinin qəyyumluğunda olan Binəqədinin icra başçısı, yaxın qohumu Xaləddin İsgəndərova və Şəmkirin icra başçısı, nazirin yaxın ətrafının təmsilçilərindən olan Alimpaşa Məmmədovun fəaliyyətləri onlara göstərilən yüksək etimadı doğrultmayıb.

Bu barədə AzMedia.info-nu məlumatlandıran mənbənin bildirdiyinə görə, hər iki rayondan artan şikayətlər fonunda Vergilər naziri Fikrət Məmmədov pis vəziyyətdə qalıb. Nazir hər iki kadrı hakimiyyətin yüksək dairələrində uğursuz kadrlar olaraq dəyərləndirilir və bu barədə ayrı-ayrı səlahiyyətli şəxslər tərəfindən nazirə xəbərdarlıq edilib. Hər şeydən əvvəl hər iki başçının özünübəyənmiş, yekəxana davranışları və əhali ilə normal münasibətlər qura bilməmələri narazılığı yaradan əsas səbəb olaraq görülür.

Qeyd edək ki, istər Xaləddin İsgəndərov, istərsə də, Alimpaşa Məmmədov etimada layiq görüldükləri gündən adları ən müxtəlif qalmaqallarda səsləndirilir. Mətbuatla da doğru münasibət qura bilməyən icra başçıları davamlı olaraq mətbuatın gündəmində qalmaqdadırlar. Xüsusi ilə Xaləddin İsgəndərovun Binəqədi rayonunda qanunsuz tikililərdən pul yığmaq üçün saxladığı və bəzi mətbu orqanların iddiasına əsasən oğlunun və sürücüsünün oğlunun rəhbərlik etdiyi qanusuz dəstə Binəqədinin icra başçının adı ətrafında davamlı olaraq qalmaqal yaradır.

Bundan başqa icra başçısının ailə üzvlərinə dövlət maşınlarının və mühafizəçilərinin xidmət göstərmələri barədə bütün Bakı danışır və eyni zamanda bu barədə mətbuatda məlumatlar dərc olunur. Bir müddət əvvəl isə Xaləddin İsgəndərovun Yasamaldakı villasında çalışan xidmətçilərinə hər ay 12 min manat maaş verməsi ilə bağlı məlumat yayılmışdı. Bu məlumat təkzib olunmadığı halda icra başçısının digər villarında da personal saxladığı haqqında mətbuatda məlumatlar dərc olunmağa başladı. Mətbuatın yazdığına görə və ətrafdakı söyləntilərə görə Binəqədi rayon İcra Hakimiyyətində də sağlam atmosfer hökm sürmür. Belə ki, başçısının oğlu ilə müavinləri arasında davamlı olaraq gərginliklər yaşandığı da gələn məlumatlar içində yer almaqdadır. Qeyri-rəsmi bilgilərə görə Xaləddin İsgəndərovun oğluna Binəqədi İcra Hakimiyyətinin binasında 3 kabinet ayrılıb və başçının oğlu bir qayda olaraq hər kəsin işinə müdaxilə edir. Bu isə gərginlik yaradır.

15 nəfərin ölümü ilə nəticələnən bina yanğını faciəsindən sonra isə, Binəqədi rayonunda əhalinin və hakimiyyətin Xaləddin İsgəndərova olan etimadının itirilməsi də mətbatın diqqət etdiyi mövzulardan biri olaraq qalmaqdadır.

Alimpaşa Məmmədova gəlincə, Fazil Məmmmədovun davamlı olaraq qoruduğu bu şəxsin yekəxana hərəkətləri artıq Şəmkirdə ciddi etirazlarla qarşılanmaqdadır. Heç bir dəyərləri nəzərə almayan və yerli sakinlərə yuxarıdan aşağı baxması ilə, həmçinin yerli-yersiz məmurları aşağılaması ilə davamlı olaraq gündəmə gələn Şəmkirin icra başçısı rayonda sabitliyi pozan əsas faktor kimi göstərilir. Onun hətta Fazil Məmmədova yaxınlığı ilə seçilən bəzi məmurları ən kəskin şəkildə aşağılaması artıq rayonda bir mənalı qarşılanmır. Bəziləri bunu Alimpaşa Məmmədovun Fazil Məmmədova qarşı hörmətsizlik nümayiş etdirməsi kimi dəyərləndirirlər və hesab edirlər ki, Vergilər nazirinin «sevimlisi» artıq «qırmızı xətti» keçir. Şəmkirdən gələn məlumatlar da gösətirir ki, artıq istər əhali, istərsə də, yerli məmurların səbr kasası daşmaqdadır və AzMedia.infonu məlumatlandıran mənbənin bildirdiyinə görə bu barədə dəfələrlə Fazil Məmmədova da şikayət olunub.

Mənbə bildirir ki, artıq ən yüksək səviyyədə hər iki başçıdan narazılıq artır və sonucda hansısa tədbirlərin görüləcəyi istisna olunmur.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Xəbəriniz olsun

22.07.2018 - Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

22.07.2018 - 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü - KÜRDƏMİRDƏ ŞOK OLAY

22.07.2018 - “Qarabağ” yeni hücumçu aldı

21.07.2018 - Mirşahinə bu dəfə "milçək" dedilər: "SƏNİ TAPDALAYARAM..."

21.07.2018 - Kasıb necə varlana bilər? - Yəhudilərdən 6 QIZIL MƏSLƏHƏT

21.07.2018 - İntihar edən abituriyentin anası özünü öldürdü – Sumqayıtda

21.07.2018 - Yunis Səfərovun yaxın dostu öldürüldü: Əməliyyatçılar tutmaq istədi, o silaha əl atdı...

21.07.2018 - Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

Facebook