Hüseyn Abdullayev Adil Əliyevi "nala-mıxa vurmaqda" suçladı

15 oktyabr 2015
Hüseyn Abdullayev Adil Əliyevi "nala-mıxa vurmaqda" suçladıƏvəz Zeynallının deputat Adil Əliyevlə “Qaynar Qazan” layihəsinin II hissəsində adı çəkilən və hazırda mühacirət həyatı yaşayan Hüseyn Abdullayevdən cavab gəlib.

Xatırladaq ki, müsahibədə Hüseyn Abdullayevlə bağlı sual hazırda mühacirət həyatı yaşayan Yeganə Əmiraslanlıdan gəlmişdi: “100 faiz eyni cəbhədə olduqları Hüseyn Abdullayevin başına gətirilənlərə etiraz etməmək, ən azı etibarsızlıq deyilmi?”

Suala münasibət bildirən Adil Əliyevin cavabı isə belə olmuşdu: “Mənim münasibətim nə yaxşı, nə də ki, pis olub. Yəni belə bir dostluğum, qardaşlığım olmayıb, belə bir düşmənçiliyim də olmayıb. Hüseyn Abdullayevi tanımışam, təbii ki… Ancaq Hüseyn Abdullayevlə bağlı həmin ərəfədə çıxarılan qərarda mənim dəsti-xəttim, öz fikrim olub. Mən demişəm ki, əgər Hüseyn Abdullayevə qarşı müəyyən tədbirlər görülürsə, o zaman alternativ olaraq o münaqişə yaradan başqa millət vəkilinə də olmalıdır. Bu fikri mən demişəm…”

“Fəzail Ağamalı ilə olan hadisədə?” sualına verilən cavabda Adil Əliyev bunları deyib: “Bəli… Bəli… Həmin ərəfədə. Təbii ki, Hüseyn Abdullayev Azərbaycana qarşıdır. Bu gün sən kimdənsə inciyə bilərsən, bu, o demək deyil ki, sən Azərbaycana, dövlətə, dövlətçiliyə qarşı olmalısan. Əgər mən bu gün bu dövləti təmsil edirəmsə, bu dövlətin şəxsiyyət vəsiqəsini cibimdə gəzdirirəmsə, mən özümə azərbaycanlı deyib, pasportunu cibimdə gəzdirirəmsə, bu dövlətin himnini öz himnim sayıramsa, dövlət dilini öz dilim sayıramsa, mən bu dövlətə qarşı heç vaxt çıxmaram. Bu gün mən o adamları qınayıram ki, o adamlar bu gün deyirlər ki, mən əliyevçiyəm, mən bu dövlətin adamıyam, sabah da gedib başqa partiyalara qoşulur. Əgər bu dövlət məni istəməsə, sıralarından məni çıxarsa, xaric eləsə, mən o zaman çalışaram ki, mənə qoşulsunlar… Mən heç kimə qoşulmaram.”

Müsahibə yayınlanandan sonra hazırda Almaniyada yaşayan Hüseyn Abdullayevdən reaksiya gəlib. Hüseyn Abdullayev xural.com-a göndərdiyi qısa cavabda bunları deyib: “Mən baxdım o nala-mıxa vuran Adil Əliyevin mənimlə baglı cavabına. O, gah deyir ki, parlamentdə mənə qarşı ədalətsiz qərar çıxarılıb, gah da dönüb deyir ki, mən Azərbaycana qarşıyam. Birincisi, mən özüm bilərəm nəyi düz, nəyi əyri etmişəm. İkincisi də, kimin Azərbaycana və Azərbaycan xalqına nə qədər yaxın olduğunu xalqımız daha yaxşı bilir.”
Xəbəriniz olsun

12.11.2018 - Daxili İşlər Nazirliyi Şabranda ruhi xəstəni döyüb öldürən “cinçıxardanların” fotosunu yaydı

12.11.2018 - Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktik ...

12.11.2018 - Akim Bədəlovun Dövlət Agentliyində “alternativsiz” korrupsiya projeləri

12.11.2018 - Binəqədidə İlqar Süleymanov kabusu: müavin başçıya hökm edir?

11.11.2018 - “ZAMİRƏDƏN SONRA HƏDƏF ANAR MƏMMƏDOVDUR” – Sensasiyalı açıqlama

11.11.2018 - Əli Abbasovun oğlu, Etibar Pirverdiyevin isə kürkəninin Londonda villa və şirkəti üzə çıxdı - FOTOLAR

11.11.2018 - Abşeronlu gənclər Bursada bayraq yürüşü keçirdilər - FOTO

10.11.2018 - Ülkü Ocaqları Azərbaycan şöbəsi Bakıda Qazi Atatürkün heykəli qarşısında anım törəni keçirtdilər - FOTO

10.11.2018 - Zamirə Hacıyevanın ifadəsi üzə çıxdı – “Bu, ərimin…”

10.11.2018 - Norveç Bakıdakı səfirliyini bağlayır

09.11.2018 - Azərbaycan ordusu Naxçıvan istiqamətində yenə irəliləyib, bütün strateji yüksəklikləri tutub

09.11.2018 - "Qarabağ" Ukraynada "Vorskla"nı məğlub etdi: azarkeşlər bir-birinə girdi, işə polis qarışdı

08.11.2018 - “Nar”dan Bayraq Günü münasibəti ilə abunəçilərinə hədiyyə

Facebook