Vergilər Nazirliyi cərimələri fantastik şəkildə artırır

17 oktyabr 2015
Vergilər Nazirliyi cərimələri fantastik şəkildə artırırİlk dəfə qanunvericiliyin tələbini pozan sahibkar 2000 manat cərimə olunacaq Fazil Məmmədov mərc oyunlarının da gəlir vergisinə cəlb olunacağını açıqlayıb
Vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət komitəsində "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə dəyişiklikləri açıqlayıb.

Yeni dəyişiklik büdcə təşkilatlarında işləyən 500 mindən çox insanı əhatə edəcək. Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının artırılması təklif olunur.

Nazirin sözlərinə görə, dəyişikliyə əsasən, təqvim ili ərzində hüquqpozulmasına birinci dəfə yol verildikdə 400 manat məbləğində maliyyə sanskiyası tətbiq olunurdusa, dəyişikliyə əsasən bu məbləğ 2000 manat olacaq.

"Təqvim ili ərzində ikinci dəfə hüquqpozulmasına yol verildikdə isə indiki kimi 800 manat deyil, 4000 manatdək cərimə olunması təklif edilir. Belə hüquq pozulmasına üçüncü dəfə yol verildikdə isə cərimənin 1200 manatdan 6000 manat məbləğində qədər qaldırılması təklif olunur".
Təklif olunan digər bir dəyişikliyə əsasən, Azərbaycanda ticarət və ictimai iaşə sahələrində çalışan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsinin artırılması, idman mərc oyunlarında uduşlara 10% həcmində vergi tətbiqi nəzərdə tutulur.

Nazir F.Məmmədov bildirib ki, üç ildir idman mərc oyunlarında əldə edilən uduşlar vergidən azad idilər ki, bu da həmin sahənin inkişafını stimullaşdırmışdı və 3 ildə bu sahənin dövriyyəsi 300 milyon manatadək yüksəlib: "Buna görə də hazırkı iqtisadi vəziyyətdə bu mənbənin vergiyə cəlb edilməsi əlverişli olacaq. Dəyişikliyə əsasən, sadələşdirilmiş vergini ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün dövriyyənin 6%-i, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar üçün isə 8%-i səviyyəsində etmək təklif olunur".

F.Məmmədov qeyd edib ki, Azərbaycanda fiziki şəxslərin gəlir vergisindən azad olunması və güzəştlərin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək.

"Dəyişikliyə görə fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30 000 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olunur".
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook