“İlhamə Quliyeva fevral ayına qədər öləcək” - CADU

18 oktyabr 2015
“İlhamə Quliyeva fevral ayına qədər öləcək” - CADUBu gün xalq artisti İlhamə Quliyeva Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, jurnalistlərlə görüşən xalq artisti işdən çıxardığı köməkçisi Mehriban Hüseynova barəsində danışıb:
“Bu gün çox kədərli etiraflarım var. Mehriban Hüseynova ilyarımdır mənim evimdə çox xoşagəlməz işlər görüb. Mənim oğlumun dostu ilə dil tapıb. Ona deyib ki, mənə zəhər tap, İlhaməni zəhərləmək istəyirəm. Bu zaman isə oğlumun dostu bunun dediklərini lentə alıb. Deyib ki, bu məndə niyə yaşayır? Soyuducuda mənə verəcəyi dərmanları tapmışam. Polislərə təqdim etmişəm. Oğlumun dostu dedi ki, İlhamə xanım, evə kamera qoy. Mən də dedim, niyə? Dedi, sözdür də deyirəm. Evimdən pul oğurlayıb, saxta vəsiyyətnamə düzəltdirib. Onun səs yazıları var. Həmin səsyazmalarda bildirib ki, İlhaməni öldürüb, var dövlətini ələ keçirəcəm. Mənim adımı senzuradan kənar sözlərlə çağırır. Mənim yeməklərimə psixatrop dərmanlar atırdı. Elə ona görə də özümü halsız hiss edirdim. Bu qadın oğlumun dostuna pul verib ki, mənə zəhər ver. Oğlumun dostu da ona vitamin “C” verib ki, zəhərdi, ver ona. Görüb ki, dərmanın effekti olmayıb, zəng edib, həmin oğlana ki, sən mənə nə dərman vermisən, heç təsir eləmir? Bu İlhamə günü-gündən daha da yaxşılaşır. Mən onu oktyabrın 5-də evimdən qovmuşam. Oktyabrın 7-də isə ona dedim ki, gəl, səni bağışlayıram. O da evə gəldi, evdə də polislər onu gözləyirdi. Gələn kimi, onlar Mehribanı tutub apardılar. Aparandan sonra, sən demə, onu buraxıblar. Necə olub ki, o, indi azadlıqdadır? Mənim ona heç nə etmək fikrim yox idi. Amma o məni şantaj etdiyinə görə bu işin axırına qədər gedəcəyimə söz verdim”.
İ. Quliyeva da bildirib ki, M.Hüseynovanın adamları onun oğluna hücum ediblər: “Bunu işdən çıxardandan sonra ailəmizlə birgə getdim Mirmövsüm Ağa Ziyarətgahında qurban kəsdim ki, şükür, bundan canım qurtardı. Elə bağda yedik. Daha sonra gecə evə gedəndə uşaqlara dedim ki, maşını sürün onların məhəlləsinə. Getdik onların məhəlləsinə. Tennis Akademiyasının yanındadır evləri. Evlərinə yaxınlaşan kimi gördük, Mehriban Xatirə adlı rəfiqəsi ilə maşında oturub. Həmin zaman oğlum yaxınlaşdı onlara. Həmin anda isə oğlumun üstünə cumdular. Mehribanın əri Tofiq mənim oğluma dedi ki, səni tutduracam. Bu zaman maşından düşdüm, onlar da maşına oturub, qaçdılar. Üç maşın idilər. Həmin maşınların da nömrələrini götürmüşük”.
Xalq artistinin sözlərinə görə, M.Hüseynova onun evindən bir çox şey oğurlayıb: “Bir neçə brilliant üzüyümü oğurlayıb. Eynəyimi, ətirlərimi, şubalarımı oğurlayıb. Bu adam mənə cadu etdirib. Cadularda yazılıb ki, İlhamə fevral ayına qədər öləcək. Evdə bütün şəkillərimin arxasından düyünlü cadular, nə qədər qıfıllar tapılıb.”
İ.Quliyeva onu da bildirib ki, M.Hüseynova onu şərləyib: “Bu gün mətbuatda yazı çıxıb ki, guya biz onu bıçaqlamışıq. Amma o özü bizə demişdi ki, əri onu döyüb. Səs yazısı da var”.
İ. Quliyeva əlavə edib ki, məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarını evə dəvət edib: “Mən evə polis dəvət etdim, gəldilər, onu bir yolla çağırtdırdım, götürüb apardılar. Amma necə olur polis deyir ki, bizə müraciət etməyib? Mən Mehribanı tutdurmaq istəmirdim. Mənim yaxınımı şantaj ediblər, onu çağırıb deyiblər ki, Mehribanın başından bir tük əskik olsa, sən də, İlhamə də özündən küssün. Ona görə mən də axıra qədər davam etdim. Məni arxayın etmişdilər ki, onu tutmuşuq, Kürdəxanıdadır. Amma bu günlərdə bir dəfə maşını onların küçəsindən sürdürdüm, gördüm ki, Mehriban maşındadır. Yanındakılar mənim işçilərimə təzyiq edəndə maşından düşdüm. Məni görəndə qaçdılar. Ərinə dedim ki, Mehriban Kürdəxanıda olmalıdır. Dedi, mən buraxdırmışam”.
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook