Hikmət Hacızadə ilə İsa Qəmbər arasında maraqlı dialoq

10 dekabr 2014
Hikmət Hacızadə ilə İsa Qəmbər arasında maraqlı dialoqMüsavat Partiyasının sabiq başqanı İsa Qəmbər şəxsi facebook səhifəsində yeni status paylaşıb.

İsa Qəmbər statusunda qeyd edib ki, ABŞ Senat Komitəsi Mərkəzi Kəşfiyyat İdarəsinin məhbuslara işgəncə verməsi barədə geniş hesabat açıqlayıb: “İşgəncələr əsasən xarici vətəndaşlara verilib, ABŞ vətəndaşlarına deyil. Bu hesabat isə məhz ABŞ dövlətinə, hakimiyyətinə, vətəndaşlarına xeyli problem yaradacaq. Bütün bunlara baxmayaraq ABŞ hakimiyyəti hesabatın açıqlanmasına dəstək verir, onu açıqlayanları “vətən xaini” adlandırmır. ABŞ prezidentlərindən biri Cimmi Karter maraqlı bir söz demişdi: “ABŞ insan haqlarını yaratmayıb, insan haqları ABŞ-ı yaradıb”".

Ardınca İ.Qəmbər "Bəlkə biz də insan haqlarının fundamental, universal və faydalı dəyər olduğunu qəbul edək, tətbiq edək və Azərbaycanımızı inkişaf etdirək?!" yazıb.

Müsavat Partiyasından istefa verən politoloq Hikmət Hacızadə isə İsa Qəmbərin statusunun altında ona maraqlı bir sual ünvanlayıb. Hikmət Hacızadə sualında bildirib: “Bəlkə insan azadlıqlarını partiyadada tətbiq edək, “onlar iqtidara işləyir”" gözəl ideyaları kanara qoyaq?”.

Ancaq İsa Qəmbər Hacızadənin bu sualına cavab verməyib, əvəzində sabiq müsavatçının VIII qurultayda çıxışını özündə əks etdirən videonu paylaşıb. Lakin bu, Hikmət Hacızadəni qane etmədiyi üçün o, sualını yenidən təkrar edib.
Xəbəriniz olsun

21.11.2018 - Abel Məhərrəmov danışdı: "Şouya çevirmək istəyirlər..."

21.11.2018 - Abel Məhərrəmova 1 həftə vaxt verildi - Kabineti boşaltmaq üçün

21.11.2018 - Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Facebook