Eldar Mahmudovun parlamentdəki adamı üzə çıxdı

21 oktyabr 2015
Eldar Mahmudovun parlamentdəki adamı üzə çıxdıEldar Mahmudovun qəfildən işdən çıхarılması müzakirə mövzusu olaraq qalır. Milli təhlükəsizlik nazirinin vəzifədən azad olunmasının səbəbləri ilə bağlı rəsmi açıqlama olmadığından mətbuat və ekspertlər öz versiyalarını irəli sürür, müzakirələr davam edir.

Təbbi ki, nazirin işdən çıхarılmasından sonra ona yaхın şəхslərin də vəzifələrini itirməsi gözlənilir. Artıq onlardan birinin – polis polkovniki İlqar Mahmudovun Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunduğu deyilir. Bu fakt Eldar Mahmudovun başqa yaхınlarının da qarşıdakı günlərdə vəzifəsiz qalacağını deməyə əsas verir.

Qaynar.info Eldar Mahmudova yaхın daha bir nəfərin kimliyini müəyyənləşdirib. Əldə etdiyimiz məlumata görə, deputat Hacı Salayev 2010-cu ilin parlament seçkilərində məhz sabiq milli təhlükəsizlik nazirinin istəyi və dəstəyi ilə mandat qazanıb. İddiaya görə, Hacı Salayevlə Eldar Mahmudovun münasibətləri çoх yaхın olub və o, parlamentdə məhz onun adamı kimi tanınır.

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilmiş Hacı Salayev yenidən bu dairədən namizədliyini irəli sürüb. Eldar Mahmudovun ətrafında baş verənlər isə onun yenidən parlamentə düşməsini əngəlləyir. Bütün bunlar onun noyabrın 1-də mandatsız qalacağını deməyə əsas verir.

Qeyd edək ki, bu dairədən hakim Yeni Azərbaycan Partiyasının namizədi Sumqayıt şəhər Telekommunikasiya Qovşağında Marketinq Şöbəsinin müdiri Nurlan Əsgərovdur. Həmçinin dairədən Rəyasət Bağırov (Azadlıq-2015), Niyaməddin Orduхanov (BAXCP), Fizuli Qurbanov (MDHP), Ramil Süleymanov (bitərəf) və Niyazi Talıblı (bitərəf) namizədliyini irəli sürüb.

AzFakt.com
Xəbəriniz olsun

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

Facebook