Gürcüstan qarışa bilər: Prezident fövqəladə bəyanatla çıxış etdi

22 oktyabr 2015
Gürcüstan qarışa bilər: Prezident fövqəladə bəyanatla çıxış etdi"Konstitusiyanı müdafiə etmək hər bir vətəndaşın, ilk növbədə Gürcüstan hakimiyyətinin borcudur. Təəssüf ki, baş nazirin bugünkü çıxışı gərginliyi azaltmaqdansa, ölkədəki onsuz da ağır olan vəziyyəti daha da ağırlaşdırıb".

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Georgi Merqvelaşvili fövqəladə bəyanatında vurğulayıb.

"Vətəndaş sülhünü qorumaq üçün sərt hərəkətlərdən, emosional davranışlardan çəkinməyə, məhkəməni isə vəziyyəti çətinləşdirəcək tələsik və sərt qərar qəbul etməməyə çağırıram", - G.Merqvelaşvili bəyanatında bildirib.

Qeyd edək ki, dünən Gürcüstan "Vahid Milli Birlik" Hərəkatının (Gürcüstanın keçmiş prezidenti Mixail Saakşvilinin yaratdığı təşkilat) qərargahları dağıdılıb. Müstəqil "Rustavi 2" telekanalına bağlanması ilə bağlı məhkəmə prosesi gedir. TV-nin bağlanmasına etiraz olaraq aksiyalar keçirilir.

Məhkəmə qarşısına toplaşan sakinlər, o cümlədən də müxalif partiyalar, telekanalın bağlanmasının və əmlakına həbs qoyulmasının siyasi motivli olduğunu iddia edir.
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook