Natiq Əliyevin qatılmadığı müşavirədə nefti bahalaşdırmaq cəhdləri iflasa uğradı

22 oktyabr 2015
Natiq Əliyevin qatılmadığı müşavirədə nefti bahalaşdırmaq cəhdləri iflasa uğradıNeft ixrac edən ölkələrin karteli OPEC-in bu kartelə daxil olmayan hasilatçı ölkələrin iştirakı ilə qiyməti bahalaşdırmaq planını müzakirə etmək üçün Vyanada keçirdiyi texniki müşavirə tam fiasko ilə nəticələnib.

Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, müşavirədə neftin qiymətini 70-80 dollara qaldıra bilmək üçün hasilatı azaltmaq planına Venesueladan başqa dəstək verən olmayıb.

Xatırladaq ki, nefti bahalaşdırmaq üçün hasilatı mərhələlərlə azaltmaq təklifini OPEC-ə daxil olmayan Venesuela irəli sürmüşdü. OPEC bu təklifi kartelə daxil olmayan hasilatçı ölkələrin iştirakı ilə müzakirə etməyə razılaşıb.

Bu məqsədlə Azərbaycan da daxil olmaqla hasilatçı ölkələrin energetika nazirlərinə Vyana müşavirəsinə qatılmaq üçün dəvətlər göndərilib.

Ancaq Azərbaycanın energetika naziri Natiq Əliyev müşavirəyə qatılmaqdan imtina edib. Eləcə də OPEC-ə daxil olmayan ölkələrdən Norveç və Oman da bu müşavirəyə öz nümayəndə heyətlərini göndərməyiblər.



Rusiya, Qazaxıstan, Kolumbiya, Meksika və Venesuela nümayəndə heyətləri müşavirəyə getsə də Venesuela istisna olmaqla qalanlar hasilatı azaltmaq ideyasını dəstəkləmədiklərini əvvəlcədən elan etmişdilər.

Paradoks da olsa, müşavirədə OPEC-ə daxil olan ölkələr də hasilatı azaltmaq ideyasını boykot ediblər.

Venesuelanın təklifini təkcə İranın neft naziri Bijan Zəngane dəstəkləyib, ancaq dərhal da əlavə edib ki, beynəlxalq sanksiyaların ləğvindən dərhal sonra İran neft hasilatını artırmağa hazırlaşır.

Rusiya nümayəndəsi, Yanacaq və Energetika Nazirliyinin departament rəhbəri İ.Qalkin də ölkəsinin hasilatı azaltmaq ideyasına qarşı olduğunu bildirib. Deyib ki, Rusiya heç bir halda hasilatı süni şəkildə azaltmayacaq.

Hasilatı azaltmaq çağırışları OPEC-dən dəfələrlə səslənib. Lakin maraqlı məqam budur ki, kartelə daxil olan ölkələr özləri hasilatı azaltmaq əvəzinə artırıblar.

OPEC-in bazara gündə 30 milyon barrel neft çıxarmasına dair limit müəyyən olunsa da hazırda kartel ölkələri sutkada 31.6 milyon barrel neft satır.

Bu baxımdan Vyana müşavirəsinin nəticəsiz başa çatması neftin daha da ucuzlaşmasına səbəb olub. Müşavirənin ardınca Brent markalı neftin qiyməti 48 dollardan aşağı enib.
Xəbəriniz olsun

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

15.11.2017 - BAKIDA DƏHŞƏT: İçdiyi araq butulkası ilə özünü öldürdü – TƏFƏRRÜAT

15.11.2017 - Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı: "Ağıllı ol"

15.11.2017 - Ramil Usubov rəisi təqaüdə göndərdi

15.11.2017 - Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı: Rəisi işdən çıxardı

15.11.2017 - Ceyranbatanda məktəbdə faciəvi dava - araya girən xadimə aldığı xəsarətdən ölüb

15.11.2017 - Pensiyalar necə hesablanacaq? - Nazir detalları açıqladı

15.11.2017 - NİDA-çı gənc həbs olundu

15.11.2017 - Ramiz Zeynalovun böyük imperiyası: Xırdalandakı DYP-dən ucqar Tovuzadək...

14.11.2017 - “Fəzail İbrahimlinin oğlumu gündəmə gətirməyi namərdlikdir” - Adaş deputatlar arasında savaş

14.11.2017 - Cəmil Əliyevin “xərçəng biznesi”: Milli Onkologiya Mərkəzində nə baş verir?

13.11.2017 - Bakıda iki ölkənin səfirliyinə məxsus avtomobillər toqquşub

Facebook