Azərbaycanlı idmançı erməni idmançının həyatını xilas etd - FOTOLAR

28 oktyabr 2015
Azərbaycanlı idmançı erməni idmançının həyatını xilas etd - FOTOLARŞimali Kipr Türk Cümhuriyyətində keçirilən taekvondo üzrə GTF çempionatında maraqlı hadisə yaşanıb.

Oxu.Az Şimali Kiprin “Bayrak Radyo Televizyon Kurumu” (BRTK) telekanalının məlumatına istinadən xəbər verir ki, yarışlarda KKTC, Türkiyə, Kanada, Moldova, Rusiya, Tatarıstan, Ermənistan, Azərbaycan, İran, Norveç, Bolqarıstan, Özbəkistandan xeyli sayda dərəcə almaq istəyən idmançılar iştirak ediblər.

“Oktyabrın 22-də ermənistanlı idmançı Davit Atenesyan tədbirdən sonra istirahət etmək üçün qaldıqları evin hovuzuna girib və burada boğulmağa başlayıb.

Bunu görən Azərbaycan komandasının idmançısı Həsənzadə Həsən dərhal hovuza tullanaraq, erməni idmançını sudan çıxarıb. Atenesyanın nəfəs almadığını görən Həsənzadə ona süni nəfəs verməyə başlayıb və həkimlər gələnə kimi ona ilkin tibbi yardım göstərib.

Daha sonra Atenesyan xəstəxanaya aparılıb. Bir gün xəstəxanada qalan erməni idmançı ayıldıqda heç bir şeyi xatırlamadığını söyləyib, baş verənlərin ona yuxu kimi gəldiyini deyib.

Xəstəxanadan buraxıldıqdan sonra idmançı azərbaycanlı idmançının yanına gələrək, ona təşəkkürünü bildirib.

Erməni idmançı bu hadisədən çox təsirlənərək, hətta bundan sonra azərbaycanlıları özünə qardaş bildiyini bəyan edib”, - BRTK xəbər verib.
Xəbəriniz olsun

22.10.2018 - "Bank of Baku" qırmızı zolaqda: son 9 ayın nəticələrindən çıxan nəticə...

22.10.2018 - Qardaşların dövləti cinayəti və AQTA-nın şantajı Təhməzlini bitirir

22.10.2018 - Əflatun Amaşov:”Həmişə seçicilərimin yanındayam”

22.10.2018 - Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb

22.10.2018 - Benzin ucuzlaşacaqmı? - Ekspertdən 5 suala cavab

22.10.2018 - Bakıda Mikayıl Müşfiqin qalıqları aşkarlandı - Sensasion fakt

22.10.2018 - Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır - QİYMƏT

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

Facebook