Sumqayıt Təhsil şöbəsinə müdir təyin olundu

29 oktyabr 2015
Sumqayıt Təhsil şöbəsinə müdir təyin olunduBildiyimiz kimi, Sumqayıtın yeni təyin olunmuş icra başçısı ilk olaraq şəhər təhsil şöbəsinin müdiri, daha doğrusu o səlahiyyətləri icra edən Vaqif Ələkbərovu tutduğu vəzifədən azad etdi. Artıq bir aya yaxındır ki, bu vəzifəyə kimin təyin olunması ilə bağlı müxtəlif fikirlər dolaşır.
Bu posta Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov və artıq ləğv olunmuş Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt şəhər filialının direktori kimi çalışmış Raya Nəcəfovanın gətiriləcəyi gözlənilsə də, ehtimallar özünü doğrultmayıb.
Xeberle.com-un məlumatına görə, bu gün isə artıq Sumqayıt Təhsil şöbəsinə müdir təyin olunub. Belə ki, Səmədov Teymur Qırımxan oğlu Sumqayıt Təhsil şöbəsinə müdir təyin olunub. T. Səmədov bu təyinata qədər şəhər 4 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb.
T. Səmədov Xeberle.com-a eksklüziv açıqlamasında təyinatı təsdiqləyib və bu gündən Sumqayıt Təhsil şöbəsinin müdiri kimi vəzifəsinin icrasına başladığını bildirib.
Xəbəriniz olsun

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

Facebook