Fəzail Ağamalı seçki saxtakarlığına oğlunu da bulaşdırdı

01 noyabr 2015
Fəzail Ağamalı seçki saxtakarlığına oğlunu da bulaşdırdı60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Fəzail Ağamalının xeyrinə seçki saxtakarlığı edilir. Azerinfo.org-a daxil olan xəbərə görə, Salyan və Neftçalada yerləşən seçki məntəqələrində açıq saxtakarlıq halları baş verib.

Belə ki, məntəqə sədrləri və öyrədilmiş müşahidəçilər tərəfindən qutulara topa-topa bülletenlər atılıb. Buna etiraz edən müşahidəçilər asayişi pozmaq bəhanəsi ilə məntəqədən uzaqlaşdırılıb.

Varlı kəndində yerləşən seçki məntəqəsi ailə kollektividir. Belə ki, ata sədr, bir oğlu vəkil, üç oğul isə müşahidəçidir. Başqa şəxsləri seçki prossesinə yaxın buraxmırlar. Digər namizədlərin müşahidəçilərini məntəqədən çıxarıblar.
Çadırlı kəndində yerləşən 38 saylı məntəqəyə gələn deputat Fəzail Ağamalının oğlu Seymur Ağamalıyev hamının gözü önündə məşvərətçi Şirxanov Cəlala qarşı kobudluq edib. Cəlal Şirxanovun telefonunu əlindən almaq istəyən deputat oğluna məntəqə sədri də dəstək verib.
Beşinci şöbə adlanan yerdəki məntəqədə bir nəfər dörd bülleten atan yerdə yaxalanıb. Məntəqə sədri saxtakarlıq edəni deyil, onu ifşa edəni məntəqədən uzaqlaşdırıb.
Pambıqkənddə məntəqə 2 saylı Sovxozda da eyni hal yaşanıb.
Xıdırlı və Qarabağlı kəndlərində Fəzail Ağamalı üçün karuseldən istifadə olunub.
Salyanda baş verən seçki biabırçılığına dair audio və video materiallar hazırlanır.

Qeyd edək ki, 60 saylı Salyan-Neftçala seçki dairəsi Türkiyə, İsrail, Rusiya və Avropadan olan müşahidəçilərin ciddi nəzarətindədir. Belə bir dairədə bu hallar Azərbaycan dövlətinin imicinə ciddi zərbə vurmaqdadır.

***

AVP Mətbuat Xidməti məsələyə münasibət bildirib:

“Deputat oğlu müşahidəçini döydü – Salyanda” başlıqlı yazısı həqiqəti əks etdirmir. Fəzail Ağamalının Seymur Ağamalıyev adında oğlu yoxdur. Və belə hal Çadırli kəndində baş verməyib. Dairədən aldığımız məlumata görə həmin ərazidə yalnız Ukrayna müşahidəçiləri 11, 12, 13,14 saylı məntəqələrdə olmuş vəseçki prosesində hər hansı bir qanun pozuntularının olmadığını, seçkinin yüksək səviyyədə getdiyini bildirmişdilər. Məlumatda gedən digər ölkələrdən olan müşahidəçilər müşahidə missiyasını aparmamışlar. Adını çəkmiş olduğunuz məntəqələrdə seçkilər yüksək siyasi fəallıqla baş tutmuşdur. Təəssüf edirik ki, F.Ağamalının rəqibi olan və seçicilər tərəfindən etirazla qarşılanan, qaranlıq keçmişini ona irad tutaraq görüşlərindən imtinaedilən İsmayıl Ağayev Fəzail Ağamalıya qarşı şər və böhtan kampaniyasını sizin tribunanızdan yayımlamaqda davam edir. Bu bizdə böyük təəssüf hissi doğurur. Şər və böhtanıdeyil, həqiqətin yanında olmaq hər bir jurnalistə baş ucalığıgətirir”.
Xəbəriniz olsun

23.04.2018 - Paşinyan qələbə mitinqində açıqladı: “Gəldilər, dedim Sərkisyan 2 saat ərzində getməlidir”

23.04.2018 - Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub

23.04.2018 - Prezident hökumətdə boş qalan vəzifələrə təyinatlar etdi: GEDƏNLƏR, QALANLAR VƏ YENİLƏR

23.04.2018 - Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

23.04.2018 - Prezident yeni təhsil nazirini təyin etdi

23.04.2018 - MTN-nin qadın generalı azadlıqda: qalan generallar həbsxanaya göndərildi

23.04.2018 - Serj Sərkisyan istefa verdi: "Mən səhvə yol verdim, Paşinyan haqlı idi"

23.04.2018 - Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi - VİDEO

23.04.2018 - Etiraz aksiyaları Yerevanın eyni zamanda bir neçə yerində keçirilir

23.04.2018 - Həbs olunan “Quska” Bakı aeroportunda – FOTO

23.04.2018 - Hüseyn Abdullayevin həbs xəbəri rəsmən təsdiqləndi və hazırda saxlandığı yer açıqlandı

23.04.2018 - "Quska"nı Türkiyədə Daxili İşlər Nazirliyi tutub

22.04.2018 - Abid Şərifovun vəziyyəti pisləşdi, xəstəxanaya yerləşdirildi

Facebook