Parlamentin ilk iclasına Zeynəb Xanlarova sədrlik edəcək?

02 noyabr 2015
Parlamentin ilk iclasına Zeynəb Xanlarova sədrlik edəcək?Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin ilkin nəticələrinə görə, 776 namizəd arasından 125 mandatı qazananların siyahısı açıqlanıb.

Modern.az saytı 125 qalib arasında ən cavan və ən yaşlı deputatın kim olduğunu müəyyənləşdirib.

Milli Məclisə seçilən ən cavan deputat hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Naqif Həmzəyevdir. 1983-cü il təvəllüdlü (32 yaş) Naqif Həmzəyev 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin seçicilərini növbəti 5 il müddətində parlamentdə təmsil edəcək.

Milli Məclisin ən qocaman deputatı isə xalq artisti, bitərəf Zeynəb Xanlarovadır. 1936-ci il təvəllüdlü (79 yaş) Zeynəb Xanlarova növbəti 5 il müddətinə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib.

Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin ilk iclasını ən qocaman deputat açır, yeni seçilən deputatların siyahısını oxuyur və sədr seçilənədək birinci iclası aparır. Beləliklə, Zeynəb Xanlarova V çağırış Milli Məclisin ilk iclasına sədrlik edəcək. Onun təklifi ilə Hesablayıcı Komissiya və bu barədə qərar qəbul edildikdən sonra sədr seçiləcək.

Xatırladaq ki, 2005-ci ildə III çağırış Milli Məclisin ilk iclasını Murtuz Ələsgərov aparıb. 2010-cu ildə IV çağırış Milli Məclisin ilk iclasını ən yaşlı deputat Cəlal Əliyev açmalıydı, lakin o xəstə olduğundan parlamentə gəlməmişdi. Bu səbəbdən də IV çağırış Milli Məclisin ilk iclasını parlamentin digər yaşlı deputatı Fəttah Heydərov (1938-ci il təvəllüdlü) açmışdı.

Amma ekspertlər hörmət əlaməti olaraq Zeynəb Xanlarovanın da iclası açmaq səlahiyyətini Fəttah Heydərova güzəştə gedəcəyini istisna etmirlər...
Xəbəriniz olsun

22.01.2018 - Beşiyində külə dönən körpə: Biləcəridə baş verən yanğın hamını ağlatdı - REPORTAJ

22.01.2018 - İtkin düşən alpinistlərdən nə xəbər?

22.01.2018 - Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

21.01.2018 - Nərimanov RİH-ə gələn şikayətçilərə ilginc təklif: “Seçkilərdə onları söyərsiniz...” – Şok video

21.01.2018 - Təhsil nazirinin müavini Vergilər Nazirliyində yüksək vəzifə aldı

19.01.2018 - ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI

19.01.2018 - Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

18.01.2018 - Nazir iki müavinini işdən azad etdi

18.01.2018 - Ramil Usubov polislərə xəbərdarlıq etdi

18.01.2018 - Bakıda iki məhkum öldü

18.01.2018 - Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər

18.01.2018 - “Nuray House” 30 fəhlənin pulunu mənimsədi? – Rəsmi qurumları “aldatdı”

18.01.2018 - YAP-çı deputatın işi antikorrupsiya idarəsində

18.01.2018 - “Bitcoin” kəskin ucuzlaşdı: “köpüklər partlayırmı?”

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - PA-nın yeni şöbə müdiri kimdir?

17.01.2018 - Fazil Məmmədovun Ukraynadakı mülkləri - Sensasion faktlar

17.01.2018 - SOCAR: “Mənsimovun bizə külli miqdarda borcu var”

Facebook