Korrupsiyaya Qarşı Mübarizə idarəsi Kərəm Həsənovun «qalasında» yoxlamalara başlayıb

06 noyabr 2015
Korrupsiyaya Qarşı Mübarizə idarəsi Kərəm Həsənovun «qalasında» yoxlamalara başlayıbİddia olunur ki, yoxlamalar nəticəsində ortaya "MTN işi"nə bərabər, səs küylü bir korrupsiya və rüşvət işləri çıxa bilər

Korrupsiyaya Qarşı Mübarizə idarəsi Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanovun və Əmlak Məsələləri üzrə Komitə sədri Kərəm Həsənovun son 5 ildə həyata keçirtdikləri fəaliyyətlərini bütün detallarına qədər araşdırmağa başlayıblar.

Bu barədə AzFakt.com-a özəl mənbələrdən daxil olan məlumata görə, hazırda Baş Prokurorluğun yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsi Dövlət Əmlak Məsələləri Komitəsi yanında Dövlət Reyster Xidmətinin fəaliyyətini yoxlamağa başlayıb. Məsələ ilə bağlı saytımızı məlumatlandıran mənbənin iddiasına görə Korrupsiyaya Qarşı Mübarizə idarəsi Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanovun və Əmlak Məsələləri üzrə Komitə sədri Kərəm Həsənovun son 5 ildə həyata keçirtdikləri fəaliyyətlərini bütün detallarına qədər araşdırmağa başlayıblar. Yoxlamalar əsasən özəlləşdirmə maxinasiyalarını, qanunsuz topraq sahiblərinə verilən əmlak pasportlarını, saxta arayılşları və çıxarışları əhatə edir.

Mənbəmiz iddia edir ki, Korrupsiyaya Qarşı Mübarizə idarəsinin həyata keçirtdiyi yoxlamada ortaya "MTN işi"nə bərabər, səs küylü və qalmaqallı korrupsiya və rüşvət işləini çıxarıla bilər. Əgər aparılan yoxlamar sona qədər davam etsə, o zaman "Dövlət Əmlak komitəsinin sədri Kərəm Həsənov, müavini Rüstəm Şahbazov və Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanov dövlət əmlaknını mənimsəməkdə, kütləvi şəkildə korrupsiya əməlləri törətməkdə ittiham oluna bilərlər.

Məlumatlı mənbəmiz bildirir ki, aparılan ilkin yoxlamadan artıq Kərəm Həsənov və komandası təşviş içində düşüblər. Ehtimallara görə yoxlamalar dərinə getsə, komitə sədri və onun komandasının aqibəti heç də Eldar Mahmudovun aqibətindən fərqlənməyəcək.

Başqa bir iddiaya görə Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov son bir neçə il ərzində prezident tərəfindən vəzifəsindən çıxarılan sabiq Milli Təhlükəsizlik nziri Eldar Mahmudovun komandasında təmsil olunub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Xəbəriniz olsun

13.11.2018 - Azərbaycana yadplanetlilərin gəmisi enib? - Foto

13.11.2018 - “Azərbaycanda əməkhaqları çox aşağıdır” - Komitə sədrindən gözlənilməz açıqlama

13.11.2018 - Ərdoğan: “Camal Qaşıqçı öldürülən zaman qeydə alınan səs yazıları dəhşətlidir”

13.11.2018 - Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı - Məhkəmə işi

13.11.2018 - Yarpaq.Az - Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı

12.11.2018 - Daxili İşlər Nazirliyi Şabranda ruhi xəstəni döyüb öldürən “cinçıxardanların” fotosunu yaydı

12.11.2018 - Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktik ...

12.11.2018 - Akim Bədəlovun Dövlət Agentliyində “alternativsiz” korrupsiya projeləri

12.11.2018 - Binəqədidə İlqar Süleymanov kabusu: müavin başçıya hökm edir?

11.11.2018 - “ZAMİRƏDƏN SONRA HƏDƏF ANAR MƏMMƏDOVDUR” – Sensasiyalı açıqlama

11.11.2018 - Əli Abbasovun oğlu, Etibar Pirverdiyevin isə kürkəninin Londonda villa və şirkəti üzə çıxdı - FOTOLAR

11.11.2018 - Abşeronlu gənclər Bursada bayraq yürüşü keçirdilər - FOTO

10.11.2018 - Ülkü Ocaqları Azərbaycan şöbəsi Bakıda Qazi Atatürkün heykəli qarşısında anım törəni keçirtdilər - FOTO

Facebook