Özəl klinikalarla mobil operatorların gizli oyunu

10 noyabr 2015
Özəl klinikalarla mobil operatorların gizli oyunu"Alo, salam Cavid müəllim, sizi özəl klinikadan narahat edirik. Bizdə bu həftə endirimli müayinələr olacaq. Sizi müayinəyə dəvət edirik”.

Özəl klinikalardan tez-tez mobil telefonumuza belə zənglər daxil olur. Maraqlıdır ki, zəng vuran klinika işçisi həmişə incə səsli xanımlar olur. Xanım zəng etdiyi şəxslə səmimi və çoxdan tanış kimi danışır. Çox vaxt isə zəng vurduğu şəxsin birbaşa adını deyir.

Bu zənglərlə bağlı redaksiyamıza çoxlu şikayətlər daxil olur. Şikayətçilərdən biri Cavid Əliyev deyir ki, ona zəng vuran xanımdan maraqlanıb ki, nömrəsini və adını hardan bilir. Klinika işçisi isə bildirib ki, nömrəni elə birbaşa mobil operatordan götürüb. Xanımın sözlərinə görə, klinikanın mobil operatorlarla müqaviləsi var. Müqaviləyə əsasən nömrələri onlardan götürürlər.

Qeyd edək ki. mobil telefonlara zəng və mesajlar təkcə özəl klinikaların xidmətləri ilə deyil, həm də dərman reklamları ilə bağlı da olur.

Əslində isə vətəndaşların belə zənglər və mesajlarla narahat edilməsi düzgün addım deyil. Bu barədə tibbi ekspert Adil Qeybulla bizə açıqlamasında bildirib. Onun sözlərin görə, hazırda reklam haqqında qanunda bununla bağlı müəyyən boşluqlar olduğu üçün tədbir də görmək mümkün deyil.

"Qanunla dərmanların reklam edilməsi qadağandır. Xəstəxanalar isə müəyyən şəkildə xidmətləri barədə məlumatlandırma apara bilər. Lakin bunu informasiya vasitələrilə edə bilərlər. Birbaşa insanların mobil telefonuna zəng vurmaq isə düzgün deyil”, - deyə Adil Qeybulla bildirib.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, özəl klinikaların fəaliyyəti mütəmadi olaraq yoxlanılır. Lakin nazirlik olaraq, özəl klinikaların reklam işlərinə nəzarət etmək onların səlahiyyətində deyil. Səhiyyə Nazirliyi yalnız özəl klinikadan şikayət daxil olduqda bu məsələyə müdaxilə edə bilər... (BAKU.WS)
Xəbəriniz olsun

23.11.2017 - MN: Azərbaycan hərbi qulluqçusunun cəsədi neytral zonadadır

22.11.2017 - Ərdoğan: Qarabağ problemini yalnız Rusiya həll edə bilər

22.11.2017 - Rəsulzadənin xanımının məzarı tapıldı

22.11.2017 - Bakıda avtobus qəzaya düşdü: Yaralılar var

22.11.2017 - Abdin Fərzəliyevin özbaşınalığı Azərbaycan dövlətinin "başında çatladı": Narazılar Putindən kömək istədi

21.11.2017 - Putin Soçidə Bəşər Əsədlə görüşdü

21.11.2017 - İran-İraq sərhədində güclü zəlzələ baş verib

20.11.2017 - Azərbaycanlı adamyeyəndən dəhşətli etiraflar: "Qızları aparırdım Xaçmaza, ət maşınından çəkirdik, yeyirdik... ...

20.11.2017 - Xırdalanda doğuş zamanı komaya düşmüş 22 yaşlı ana dünyasını dəyişib

20.11.2017 - Təhsil İdarəsinin müdiri işdən azad olundu və saxlanıldı: Müəllim onu niyə bıçaqlamışdı?

20.11.2017 - Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20.11.2017 - "Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı

20.11.2017 - Bakıda zavodda partlayış: ölən və yaralananlar var

20.11.2017 - Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

20.11.2017 - Lotu Quliyə qarşı sui-qəsdin təfərrüatı

20.11.2017 - İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20.11.2017 - Telman İsmayılov: “Mən qatil deyiləm”

20.11.2017 - Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

19.11.2017 - İcra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

Facebook