Müşfiq Rəhimovun MTN-lə hansı bağlantısı olub?

10 noyabr 2015
Müşfiq Rəhimovun MTN-lə hansı bağlantısı olub?BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsinin rəis müavini həbsdə olan polkovniklə nömrə biznesi qurubmuş

Ötən günlərdə məlumat vermişdik ki, BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsinin rəisi müavini Müşfiq Rəhimovun geniş biznesi olmaqla yanaşı, həm də nömrə satışı məsələsində də əli bir xeyli gətirib. JAM.AZ-ın əməkdaşlarının şöbədən hazırladığı reportajda isə oradakı durum tam təsvir olunmuşdu.

Həmin yazının sonunda oxuculara xəbər vermişdik ki, Müşfiq Rəhimovun təkcə ayrı-ayrı adamlara baha qiymətə nömrə satması halları mövcud deyil. Onun həmçinin MTN-də yüksək çinli zabitlərdən biriylə də geniş əlaqələri var.

Araşdırma zamanı ortaya çıxan ilginc məqam isə ondan ibarətdir ki, şöbə rəisinin müavini ilə sabiq polkovnikin bahala nömrələr üzərində geniş alverləri olub. İddia edilir ki, Rəhimovla həmin polkovnik xeyli sayda avtomobillər üçün dövlət nömrə nişanları satıblar. Əsasən də MTN işçilərinin istəyinə uyğun olan nömrə nişanlarını əldə etmək və baha qiymətə satmaq sahəsində sövdələşmələri mövcud imiş.

Qeyd edilir ki, Rəhimov hazırda həbsdə olan və bir sıra ağır cinayətlərdə ittiham olunan MTN polkovnikinə geniş imtiyazlar tanıyıb. Onun xeyli sayda maşınlarına dəyəri hazırda 50-60 min manat olan nömrələr hədiyyə edib. Əvəzində isə nazirlik işçilərinə və ya onlara bağlı adamlara dəyərindən bir qədər artıq nömrələr satıblar.

JAM.AZ-a verilən məlumatda vurğulanır ki, həbsdə olan polkovnik hətta Rəhimovu mətbuatdan qorumaq missiyasını da üzərinə götürübmüş. Belə ki, şöbə rəisinin müavinin adı məhz bu səbəbdən uzun illər mediada ümumiyyətlə çəkilməyib. Onunla bağlı yazı yazan mətbuat orqanı isə müxtəlif yollarla susdurlub.

Düzdür, Müşfiq Rəhimovla MTN zabitini birləşdirən əlaqlərə sırasında başqa iddialar da var. Hərçənd bu iddiaların doğru olub, olmadığını araşdırmaq qeyri-mümkündür. Və doğru olma ehtimalı da xeyli azdır. Məsələn, həmin iddialardan birində deyilir ki, guya, Müşfiq Rəhimov MTN-ə gətiriləcəyi nəzərdə tutulan iş adamının avtomobillərinin nömrələri və markaları barədə polkovnikə müfəssəl məlumatlar verib.

Qeyd edək ki, bu iddia real görünməyə də bilər. Amma real olma imkanlarını da az hesab etmək doğru sayılmaz. O da mümkündür ki, belə məlumatların gündəmə gətirilməsində maraqlı tərəflər olsun. Lakin Müşfiq Rəhimovun MTN zabiti ilə əlaqələrinin olması təsdiqini tapmış məlumatdı. Digərlərini isə araşdırmaqda davam edirik.

Xatırladaq ki, hazırda həbsdə olan və bir sıra ağır cinayətlərdə ittiham olunan həmin MTN zabitinin adı bizə məlumdur. Sadəcə, bəzi səbəblər üzündən hələlik açıqlamırıq. Amma növbəti yazılarımızda həmin adı oxuculara təqdim edəcəyik.

P.S. Bu əsnada bildirək ki, DİN başçısı Ramil Usubovun sərəncamı ilə bir qədər əvvəl Səbayel DYP-nin rəisi işdən çıxarılmışdı. Rəisin işdən çıxarılma səbəbi isə il ərzində 190 gün işdə olmaması göstərilirdi. Maraqlıdır ki, Müşfiq Rəhimovun da bu qədərə yaxın iş gününü xaricdə keçirdiyi kimsəyə sirr deyil. Onun mütəmadi olaraq Türkiyəyə səfər etməsi barədə gələn yazımızda bilgi verəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Xəbəriniz olsun

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

18.11.2018 - Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları məhv etdilər

18.11.2018 - İcra başçısına 70 min rüşvət verən şəxs danışdı: "İsmayıl Vəliyevin imzası ilə..."

18.11.2018 - "Əli Kərimli və AXCP üzvlərinin işi məhkəməyə göndəriləcək" - Paytaxt polisi rəsmi məlumat yaydı

Facebook