Urmiyada azərbaycanlı aksiya iştirakçısı öldürüldü

10 noyabr 2015
Urmiyada azərbaycanlı aksiya iştirakçısı öldürüldüİranda baş verən aksiyalarda bir azərbaycanlı öldürülüb.

Yerli mənbələrdən APA TV-yə daxil olan məlumata görə, Əli Əkbər Murtaza oğlunun Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində öldürüldüyü bildirilir.

Əli Əkbər aksiyada iştirak etdiyi vaxt polis və təhlükəsizlik qüvvələri etirazçılara hücum edib. O, yaranan qarşıdurma zamanı aldığı zərbədən həyatını itirib.

Qeyd edək ki, ötən gün İranda Azərbaycan türkləri izdihamlı etiraz aksiyaları keçirib. Aksiya iştirakçıları noyabrın 6-da İranın “Kanal 2” telekanalında yayımlanmış proqramda azərbaycanlıların təhqir edilməsinə etirazlarını bildiriblər. Etirazlar Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda baş tutub.

Polis və təhlükəsizlik qüvvələri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və suvuran maşınlardan istifadə edib. Çoxlu sayda yaralı var. Bir neçəsi ictimai fəal olmaqla onlarla aksiya iştirakçısı saxlanılıb.
Xəbəriniz olsun

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

14.07.2018 - Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısını həbs etdilər

14.07.2018 - Bakıda lift şaxtaya düşdü: Xəsarət alanlar var

14.07.2018 - Ramil Usubov polis rəislərini topladı

13.07.2018 - Qətlə yetirilən polis polkovniki onunla gəlmək istəyən həmkarına: "Gəncəlilər mənə əl qaldırmaz..."

13.07.2018 - İlham Əliyev: Gəncədəki hadisələrin arxasında xarici güclər durur

Facebook