“AST Telman”ı bitirən səbəb-“kepkalı adam”

11 noyabr 2015
“AST Telman”ı bitirən səbəb-“kepkalı adam”Müflis elan olunan Telman İsmayılov Lujkovla münasibətlərinin qurbanı oldu...

Neçə müddətdir ciddi maliyyə sıxıntısı yaşayan “AST” Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovun adı müasir biznes dünyasından silinib. 2009-cu ilin mayında dünya ulduzları ilə birgə açılışını etdiyi, atasının adını daşıyan “Mardan Palace” hotelinin ötən həftə cəmi 128 milyon dollara satılması “AST Telman” üçün nağılın sonu hesab oluna bilər.

Məlumdur ki, noyabrın 2-də Antalya İcra Dairəsinin “Garanti bank”ın iddiası əsasında həbs qoyduğu hoteli təxminən 128 milyon dollara “Halk Bank” alıb. Hotelin yanında T.İsmayılovun dəbdəbəli villası da borcluların xeyrinə satışa çıxarılacaq.

Rusiyanın “Rossiya-1" kanalı həftəsonu ”AST Telman" haqda yayımladığı süjetdə bir vaxtlar şəninə mahnı qoşulan T.İsmayılovun miskin obrazını yaradıb. Öncə T.İsmayılov sivilizasiyalı biznes apara bilmədiyi və külli miqdarda borclandığı qeyd olunub. “Bizim edəcək heç nəyimiz qalmayıb, məhkəməyə müraciət edəcəyik” deyə, “Bank BTB”nin mətbuat xidmətindən bildirilib. Məhkəmə icraçısının əlində isə T.İsmayılova məxsus 3 min kvadratmetr ərazisi olan evlər, 12 torpaq sahəsi var. Vank İsmayılovun müflis elan edilməsini tələb edib. Başqa bir kreditor isə İsmayılovdan 100 milyon dollar tələb edir. “Biz onunla dəfələrlə görüşmüşük, ancaq nəticəsiz qalıb” deyə, “Manqazeya mərkəz”in direktoru jurnalistə bildirib. “Yaxın gələcəkdə İsmayılov imperiyasından heç nə qalmayacaq” deyə, iqtisad elmləri doktoru Nikita Kriçevski deyib.

“”Praqa" restoranı bağlıdır, halbuki İsmayılov heç zaman ondan imtina etməyəcəyini bildirmişdi. Türkiyədə borcuna görə təkcə “Mardan Palace” yox, həm də onun evi əlindən alınıb. Hotelin ərazisində İsmayılovun villaları olub, ancaq o, uzun müddətdir ki, ora da getməyib. İsmaylovu qeydiyyatda olduğu ünvanda- Moskvadakı Kutuzov prospektindəki evində də uzun zamandır ki, görməyiblər. Həmin ev onun atasına məxsus olub, ancaq orda da heç kəs yaşamır. Süjetdə qonşuları onu “yaxşı adam idi. Həmişə kömək etməyə hazır idi, nəsə olsa pul verirdi” deyə xatırlayıblar.

“Gələn il o, 60 yaşını qeyd edəcək. Bayram olacaqmı, əgər olacaqsa o bayrama kimin gələcəyi isə hələ naməlumdur. Çətin ki, bunu Telman İsmayılov özü də deyə bilər” deyə, süjet ironiya ilə yekunlaşıb.

Rusiyanın dövlət kanalı “AST Telman”ın iflasının əsl səbəbləri haqda danışmayıb. Amma T.İsmayilovun niyə bu vəziyyətə düşdüyünə açıq işarə də edib. Artıq şübhə yoxdur ki, azərbaycanlı milyarderin müflis olmasına səbəb onun təmiz biznes aparmaması, borclanması deyil. Səbəb Kremlin siyasi elitasının nifrət etdiyi “kepkalı adamdır...”

2010-cu ilin payızında Rusiya hakim elitası daxilində Moskvanın 18 illik meri, ölkə siyasətinin aparıcı fiqurlarından və hakim “Vahid Rusiya” Partiyasını yaradanlardan biri Yuri Lujkovun işdən qovulması ilə nəticələndi. Kreml qırğıları dərhal Lujkova qarşı kompromat müharibəsinə başladılar və təkcə onun və xanımının biznesi deyil, merin himayə etdiyi iş adamları da hədəfə gəldi. Bu sırada isə azərbaycanlı milyarder ön sırada gəlirdi.

Lujkovun istefasından sonra onun barəsində kompromatlarla dolu film və məqalələrdə yəhudi əsilli azərbaycanlı milyarderlə münasibətləri haqda da geniş bəhs edilirdi. Lujkovun vəzifədən uzaqlaşdırılması ilə onun yaxın adamlarının Moskvanın bütün aparıcı biznes sahələrindən vurulması başladı. Sabiq mer korrupsiyada, vəzifəsindən istifadə edərək arvadı, Rusiyanın ən varlı qadını Baturinanın biznesinə şərait yaratmaqda, T.İsmayılovla əlbir olmaqda və uzun müddət onun “Çerkizov” bazarında hökm sürən qanunsuzluqlara şərait yaratmaqda ittiham edilirdi. Bildirilirdi ki, Lujkovla dostluğundan istifadə edən “AST Telman” şirkətlərini vergidən yayındırıb. Lujkov siyasi səhnədən çəkilən kimi “Çerkizov” bazarı bağlandı, Moskvada hotel tikintisi üçün nəzərdə tutulan ərazi T.İsmayılovdan alındı, T.İsmayılova məxsus olan “Praqa” restoranının qapıları bağlandı.

“AST Telman”ın Lujkovla münasibəti hələ “kepkalı adam” Moskva Şəhər İcraiyyə Komitəsinin kooperasiya işləri üzrə komitəsinin sədri olarkən başlayıb. Onların dostluğu 1992-ci ildə Lujkov Moskva meri olandan sonra daha da möhkəmlənib. T.İsmayılov bu ərəfədə də “AST” Şirkətlər Qrupu yaradıb. 2006-cı ildə Telman İsmayılovun 50 illik yubileyində Yuri Lujkov onu öz qardaşı adlandırıb. T.İsmayılovun iflası haqda danışarkən “gözü çıxan qardaşının oduna düşüb” demək də olar.(musavat.com)
Xəbəriniz olsun

25.04.2018 - Ermənistanda inqilab: Putin nəhayət işə qarışdı

25.04.2018 - “TƏYİN OLUNACAĞINA QƏTİ ŞÜBHƏSİ YOX İDİ…” – Səlim Müslümov “qara xəbəri” yolda alıb!

25.04.2018 - Yeni nazirdən 5 TƏYİNAT - Heydər Əsədovun kadrları işdən çıxarıldı

25.04.2018 - “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

25.04.2018 - “Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı

25.04.2018 - Avropaya sığınmış daha bir müxalifətçi tutuldu

25.04.2018 - Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR

24.04.2018 - Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar - Notarius təsdiqli dələduzluq?

24.04.2018 - “Əbülfəz Elçibəy-80” təşkilatı ölkə rəhbərlliyinə müraciət etdi, mitinq qərarı verdi - Toplantı

24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama

24.04.2018 - MSK üzvləri mükafatlandırılır

24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək

24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO

Facebook