İran səfirinə tualet fırçası və diş pastası göndərildi

13 noyabr 2015
İran səfirinə tualet fırçası və diş pastası göndərildiUkrayna Azərbaycanlıları Birləşmiş Diasporu İranın Ukraynadakı fövqəladə və salahiyyətli səfirinə İranın İRİB TV-2 kanalında yayımlanan “Fitilə” adlı televiziya komediyasında azərbaycanlıların təhqir olunmasına etiraz olaraq xüsusi qutuda tualet fırçası və diş pastasını "hədiyyə" göndərib.

Aktual.az XəzərNews.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı UABD-dən veriblər. "Ərməğan"ı səfirliyə bu gün səhər saatlarında “kuryer” vasitəsilə göndərən UABD fəalları bu aksiya ilə bağlı sosial video-çarx da hazırlayaraq ictimaiyyətə təqdim ediblər. Bununla da UABD fəalları sosial-ictimai aksiyaya hamını dəvət ediblər. Dünyanın müxtəlif ölkələrində olan İran səfirliklərinə bu cür “hədiyyələr”in göndərilməsinə çağırış olan həmin video- çarxı diqqətinizə çatdırırıq.

Qeyd edək ki, bir çox milli-ideoloji layihələrə imza atan UABD həmyerlilərimizin mənafeyini qoruyan Azərbaycan diaspor təşkilatlarındandır. Təşkilatın rəhbəri Hikmət Cavadovdur. Bu ictimai etiraz layihəsinin sosial şəbəkələrdə yayılma və dəstək alma prosesinin inkişaf mərhələsilə sizi tanış edəcəyik.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook