Kərəm Həsənovun qardaşı MTN işində: Şahin Həsənov da dindiriləcək?

16 noyabr 2015
Kərəm Həsənovun qardaşı MTN işində: Şahin Həsənov da dindiriləcək?Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun MTN işində adının hallandırılması haqda yazmışdıq. Son yazılardan sonra isə redaksiyamıza yeni məlumatlar daxil olub. Daxil olan məlumata görə sabiq MTN naziri Eldar Mahmudov və komandası ilə bağlı istintaq qrupunun apardığı “MTN işi”nin “yanğını” Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Şahin Həsənova da çatıb. Bu barədə bizi məlumatlandıran özəl mənbənin sözlərinə görə, Eldar Mahmudov və Kərəm Həsənov arasındakı isti münasibətlər sonucunda MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyinə gətirilən Şahin Həsənovla bağlı bir sıra qaranlıq məqam var ki, bunlardan biri adıçəkilən şəxsin təyinatı ilə bağlıdır.
Mənbənin verdiyi məlumata görə, E.Mahmudov Şahin Həsənovun beynəlxalq əlaqələr şöbəsinə təyinatı məsələsində nəzərə alınması gərəkən başlıca prinsiplərin heç birinə əhəmiyyət verməyib və nəticədə beynəlxalq əlaqələr şöbəsi üçün tamamilə yararsız bir şəxs bu şöbənin rəhbərliyi postuna gətirilib. MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyində təmsil olunan şəxsin ən azı iki xarici dil bilməsinin şərt olduğunu bildirən mənbə, Ş.Həsənovun heç bir əcnəbi dil bilmədiyinə diqqət çəkib. Mənbənin bildirdiyinə görə, Ş.Həsənov beynəlxalq münasibətər sistemində baş verən proseslər, beynəlxalq hüquq və əməkdaşlıq kimi məsələlərlə bağlı da minimal bilgi, analiz və manevr səriştəsinə malik deyil.
Bütün bunlar azmış kimi Ş.Həsənovun sabiq nazirin yol verdiyi bəzi qanunsuzluqlarda “pay sahibi” olduğu ilə bağlı ciddi şübhələr var ki, bu da onun sadəcə işdən azad edilməsi ilə deyil, həm də istintaqa cəlb edilməsi ilə nəticələnə bilər. Mənbənin verdiyi məlumatdan və MTN-lə bağlı baş verən olayların ümumi mənzərəsindən belə qənaətə gəlmək olar ki, Ş.Həsənov bəzi həmkarları kimi istintaqa gedən yolun astanasındadır. Bu yolun Ş.Həsənovu hansı sonluğa aparıb çıxaracağını isə zaman göstərəcək.

cumhuriyyet.az
Xəbəriniz olsun

16.10.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

16.10.2018 - Əbülfəz Məlikovu kim cəzalandırmaq istəyib: Silahlı basqın, aparılan 1 milyon...

16.10.2018 - Badamdarda son durum – Sürüşmə zonasının miqyası genişlənir

16.10.2018 - Elmar Vəliyevi ölümdən qurtaran polis danışdı

16.10.2018 - “Səni deyirlər”in ifaçısı Bakıya gəldi, ona mükafat veriləcək – Video

16.10.2018 - Baş həkim 34 yaşlı Dəmirovun ölümünə səbəb oldu - Foto

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

Facebook