“Aztelekom”un baş direktoru da saxlanıldı

17 noyabr 2015
“Aztelekom”un baş direktoru da saxlanıldı“Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov saxlanılıb.

Etibarlı mənbələrdən Trend-ə verilən məlumata görə, M.Məmmədov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı ilə əlaqədar saxlanılıb.

Mənbənin verdiyi məlumata görə, onunla bərabər daha bir neçə vəzifəli şəxs saxlanılıb.

Xatırladaq ki, bundan əvvəl iş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Xəbəriniz olsun

19.07.2018 - Havanın temperaturu enəcək: güclü külək, şimşək, leysan və dolu gözlənilir

19.07.2018 - Paşinyandan Rusiya hərbi bazasına sərt reaksiya

19.07.2018 - Ramiz Zeynalov erasının sonu: “QAİ generalı”nın imperiyası süqut edir

19.07.2018 - “1000 bərəkət, halal nemət”dən dəhşətli kadrlar: ürəyi zəif olanlar baxmasın – 13+VİDEO

19.07.2018 - İran-Pakistan sərhədində atışma: bir hərbçi həlak oldu

19.07.2018 - KXCP sədrliyinə namizəddən Mirəlioğluna ittiham: "Zərdabinin ruhu, 12 nəfərlik partiya, Bəyi təhqir edənlərl ...

19.07.2018 - “Qarabağ”ın kapitanı komandanın növbəti rəqibi barədə

19.07.2018 - Səkkiz əcnəbi saxta sənədlərlə Azərbaycan sərhədini keçmək istədi

19.07.2018 - Özünü 17-ci mərtəbədən atan qız barədə - TƏFƏRRÜAT

19.07.2018 - Elə adamlara elmi adlar verilir ki, onlara qoyun otarmağa belə icazə vermək olmaz – Açıqlama

19.07.2018 - Kremlin şok “oktyabr ssenarisi”: Gəncə işindəki silah və qaz gizlinləri

18.07.2018 - Əməkdar artistə qarşı 32 min manatlıq dələduzluq

18.07.2018 - İcra Hakimiyyətinin qarşısında özünü yandırmaq istədi – Azərbaycanda

Facebook