Mübariz Ağayev keçmiş icra başçısının ölənlərinə rəhmət oxutdurur: GÖYÇAY QARANLIQDA

18 noyabr 2015
Mübariz Ağayev keçmiş icra başçısının ölənlərinə rəhmət oxutdurur: GÖYÇAY QARANLIQDA"Ötən gün - Milli Dirçəliş günü Göyçay rayonunun əsas prospekti bütün gün ərzində işıqsız qalıb. Heydər Əliyevin adına olan prospektdə elektrik enerjisinin verilməməsinin səbəbi bilinməyib. Sakinlər bir gecəni soyuq hava şəraitində qaranlıqda keçirmək məcbiriyyətində qalıblar".

Bunu Arqument.Az-a Göyçay rayon Heydər Əliyev prospektində yaşayan sakinlər deyiblər.

Onların sözlərinə görə, prspektdə "AccessBank"ın Göyçay filialı, Göyçay Rayon İdarəetmə və Texnologiya kolleci, Göyçay Mehmanxanası, Göyçay şəhər 9 saylı orta məktəb, Göyçay şəhər uşaq poliklinikası, Heydər Əliyev Muzeyi və rayon Tikiş Fabriki də işıqsız qalıb.

Sakinlər bildiriblər ki, problemlə bağlı "Azərişıq"ın rayon şöbəsinə və Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mübariz Ağayevə müraciət edilsə də, heş bir tədbir görülməyib, problemin aradan qaldırrılması üçün heç bir tədbir görülməyib.

Dövlət əhəmiyyətli bir gündə rayonun əsas prospektinin işıqsız qalması sakinlərin ciddi narazılığına səbəb olub. Onlar icra başçısından ölkə başçına müraciət edəcəklərini bildiriblər. Sakinlər onu da bildiriblər ki, Mübariz Ağayev icra başçısı təyin olunduğu az vaxtda vətəndaşları narazı salıb. Belə ki, lazım olmayan işlərə milyonlar sərf edən, amma belə önəmli günlərdə vətəndaşları problemlə üz-üzə qoyan icra başçısı hamını bezdirib. Məhz buna görə də sakinlər ölkə başçısından Mübariz Ağayevlə bağlı tədbir görməyi xahiş edəcəklər.

Sakinlər həmçinin bildiriblər ki, sözügedən prospekt Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Mənsur Məmmədovun dövründə bircə dəfə də olsun, işıqsız qalmayıb. Onlar bunu Mübariz Ağayevin Milli Dirçəliş gününə qərəzli münasibəti kimi qiymətləndiriblər.

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Xəbəriniz olsun

25.09.2017 - Bakıda polis homoseksualları bu səbəbdən saxlayırmış - Rəsmi açıqlama verildi

25.09.2017 - Azərbaycanda 12 yaşında zorlanan qız danışdı: “Məktəbin ayaqyolusunda…” – VİDEO

25.09.2017 - DYP bahalı "zerkalni" nömrələrin əsl qiymətini açıqladı - Fotofakt

25.09.2017 - "AAAF Park”ın rəhbərindən Zakir Fərəcova şok ittihamlar: "Torbamı tikib..."

25.09.2017 - Dostlarını “Nar”-a gətir, 5 ay pulsuz danış!

25.09.2017 - Merkelin başçılıq etdiyi alyans qalib gəldi

25.09.2017 - Neft quyuları üstündə “buz göl” - Nazirlər uşaqlarını ölkədən niyə çıxarır?

25.09.2017 - 13 yaşlı qıza erotik mesajlar yazan “ağsaqqal”ı döyüb kameraya çəkdilər – VİDEO

25.09.2017 - Lənkəranın icra başçısı 150 minə maşın aldı, dostu bahalı nömrə hədiyyə etdi...

25.09.2017 - Ziya Məmmədovun "Hacı Məmmədov"u kimdir: İcra başçılarının patronu, erməniylə şəriklik və...

25.09.2017 - Deputat Oqtay Əsədova görə oğlunu öz toyuna buraxmadı

25.09.2017 - "Qəbələ"nin futbolçuları arasında yumruq davası - Video

25.09.2017 - Bu 8 məhsulu yeməyin, onlar xərçəng yaradır - ŞOK TƏDQİQAT

25.09.2017 - Rəfael Mehrəliyevlə Vidadi Zeynalovu bağlayan qohumluq və biznes telləri: BŞİH-nin Departament rəhbərinin ilgi ...

25.09.2017 - Şeyx sünnü-şiə problemi yaratmaqda ittiham edildi: Rafiq Əliyevdən sərt açıqlama

25.09.2017 - Nizami RİH başçısı ilə bağlı yeni iddialar: Hərbi xidməti evdə çəkən oğul, onun 200 minlik maşını və ağacları ...

22.09.2017 - Azərbaycanda ali məktəbələrə qəbulun qaydaları tam dəyişdi – ƏLVİDA TEST

22.09.2017 - Ziya Məmmədovun bacısının xüsusi silahlı cangüdənləri də olub - İDDİA

22.09.2017 - Şəmsəddin Hacıyevin mandatı alına, özü isə həbs oluna bilər - rəsmi

Facebook