Vidadi Zeynalovun ittiham olunduğu maddələr açıqlandı

18 noyabr 2015
Vidadi Zeynalovun ittiham olunduğu maddələr açıqlandıİşdən çıxarılaraq həbs edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun ittiham olunduğu maddələr bəlli olub.

“Qafqazinfo”-nun məlumatına görə, bu barədə Zeynalovun vəkili Adəm Məmmədov açıqlama verib.

Vəkil bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Vidadi Zeynalovla görüşüb. Vidadi Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

A.Məmmədov deyib ki, cinayət işi Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılır: “Buna görə də Vidadi Zeynalovun adının MTN-lə bağlı proseslərdə hallanması düzgün deyil. Vidadi Zeynalov deyir ki, ömründə bir dəfə də olsun Eldar Mahmudovun üzünü görməyib. Deyir, onu MTN-lə bağlayan yeganə amil qardaşı Vahid Zeynalovun orada idarə rəisi işləməsi olub. Qardaşı da son proseslər zamanı vəzifəsindən çıxarılıb”.

Vəkil qeyd edib ki, Vidadi Zeynalovun səhhəti yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur.

Xatıladaq ki, Səbayel Rayon Məhkəməsinin qərarı ilə V. Zeynalov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Xəbəriniz olsun

23.04.2018 - Paşinyan qələbə mitinqində açıqladı: “Gəldilər, dedim Sərkisyan 2 saat ərzində getməlidir”

23.04.2018 - Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub

23.04.2018 - Prezident hökumətdə boş qalan vəzifələrə təyinatlar etdi: GEDƏNLƏR, QALANLAR VƏ YENİLƏR

23.04.2018 - Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

23.04.2018 - Prezident yeni təhsil nazirini təyin etdi

23.04.2018 - MTN-nin qadın generalı azadlıqda: qalan generallar həbsxanaya göndərildi

23.04.2018 - Serj Sərkisyan istefa verdi: "Mən səhvə yol verdim, Paşinyan haqlı idi"

23.04.2018 - Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi - VİDEO

23.04.2018 - Etiraz aksiyaları Yerevanın eyni zamanda bir neçə yerində keçirilir

23.04.2018 - Həbs olunan “Quska” Bakı aeroportunda – FOTO

23.04.2018 - Hüseyn Abdullayevin həbs xəbəri rəsmən təsdiqləndi və hazırda saxlandığı yer açıqlandı

23.04.2018 - "Quska"nı Türkiyədə Daxili İşlər Nazirliyi tutub

22.04.2018 - Abid Şərifovun vəziyyəti pisləşdi, xəstəxanaya yerləşdirildi

Facebook