Qızla çəkdirdiyi şəklin altına lazımsız şərh yazana 18 bıçaq zərbəsi - BAKIDA NÖVBƏTİ FACEBOOK CİNAYƏTİ

20 noyabr 2015
Qızla çəkdirdiyi şəklin altına lazımsız şərh yazana 18 bıçaq zərbəsi - BAKIDA NÖVBƏTİ FACEBOOK CİNAYƏTİBakı Ağır Cinayətlər Məhkəməsində Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə sinif yoldaşını öldürməyə cəhddə təqsirləndirilən 1998-ci il təvəllüdlü Rövşən Elşad oğlu Şahmarova hökm oxunub. Hökmə əsasən, R.Şahmarov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu il baş verib. Nizami rayonunda yerləşən 238 saylı məktəbin şagirdi olan R.Şahmarov sinif yoldaşı E.Muradova 18 bıçaq zərbəsi endirib. Xəsarət alan E.Muradov Sabunçu Rayon 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Həkimlərin tibbi yardımı nəticəsində E.Muradovun həyatını xilas etmək mümkün olub.

Hadisəyə səbəb isə R.Şahmarovun "Facebook" sosial şəbəkəsində bir qızla çəkdirdiyi şəklin altında E.Muradovun yazdığı şərh olub. Həmin şərhə görə onların arasında mübahisə düşüb. Mübahisə isə R.Şahmarovun bıçağa əl atması ilə nəticələnib. R.Şahmarov gecə saatlarında E.Muradovun dediyi ünvana gedərək onu bıçaqlayıb.

Rövşən Şahmarov məhkəməyə ifadəsində bildirib ki, davaya qız şəklinə Elvinin şit zarafat edərək yazdığı şərhin səbəb olduğunu deyib: “Facebook”da sinif yoldaşım qızla şəklimi paylaşdım. Elvin şəklin altına rəy yazdı. Ona belə şit zarafatlar etməməsini dedim. Dava da bunun üstündə düşdü, sonra “WhatsApp”da bu barədə söhbət etdik. Məsələni həll etmkçün görüşmək qərarına gəldik. Görüşəndən sonra mübahisə böyüdü, mən də onu bıçaqladım. Amma Elvin bıçaqlanandan sonra da üstümə cumurdu, mən də məcbur olub 18 bıçaq vurdum”.
Xəbəriniz olsun

16.07.2019 - Səhiyyə Nazirliyinin tender müəmması: Nəyə görə bu şirkət?

16.07.2019 - "Sədərək" Ticrarət Mərkəzinin sahibi cərimələndi – Xəzəri hasarladığına görə

16.07.2019 - “O əsgər atəş açsaydı, pis nəticələri olardı” – Tofiq Zülfüqarov

16.07.2019 - İranda qadınlar çadradan imtina edir – Yeni hərəkat

16.07.2019 - Sahil Babayev Səlim Müslümovun daha bir kadrını işdən çıxardı

16.07.2019 - Bakı metrosunda siqaret çəkən tapıldı və cərimələndi - FOTO

16.07.2019 - “10 milyard dollar oğurlandı, amma parlament müzakirə etmədi” - QALMAQAL

16.07.2019 - "Azarkeşlər meydanda döyüşkən futbolçu görəcəklər" - "Qarabağ"ın yeni transferi

16.07.2019 - BDU rektoru "üsyan" etdi: "Universitetdə mənə müqavimət göstərənlər var"

16.07.2019 - Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edilib

16.07.2019 - “Keşikçidağ” məbədindəki ikonalar Gürcüstana verildi

16.07.2019 - Keşikçi Dağa giriş qadağan edildi

16.07.2019 - Azərbaycanda xanım aparıcı evində ruh aşkarladı - VİDEO

Facebook