Qurban Qurbanov : "Tər-təmiz qol idi"

11 dekabr 2014
Qurban Qurbanov : "Tər-təmiz qol idi" “Hər birinizə alqışlara görə, təşəkkür edirəm. Sizə, azarkeşlərə təşəkkür edirəm. Onlara çox sağ ol deyirəm”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində “İnter”ə qarşı keçirilən görüşdən sonra bu fikirləri səsləndirib: “Çox istəyirdik ki, mərhələ adlayaq. Amma bu nəticə məğlubiyyətə bərabər oldu. Futbolçulara təşəkkür edirəm. Təəssüf ki, Vüqar Nadirov zədələndi. Bəlkə də bizim üçün böyük zərbə oldu. Taleyimizlə barışmalıyıq. Amma bizim üçün təcrübə oldu. Gələcəkdə qrupda oynasaq, futbolçular başa düşərlər ki, böyük klublara qarşı da oynamaq olar. Əfsuslar olsun ki, azarkeşlər məyus getdilər. Qismətimizdə yox imiş”.

- Avropa Liqasının qrup mərhələsində öncədən nələri düşünürdünüz, indi nə düşünürsünüz?

- Əvvəlcədən bilirdik ki, maraqlı qrupa düşmüşük. Futbolçuları sınamaq baxımından maraqlı oldu. Futbolçulara həmişə deyirəm ki, hər bir nəticə ola bilər. Zəif rəqib də güclü komandanı məğlub edə bilər. Düşündüklərim də, özünü doğrultdu. Bir daha deyirəm, böyük təcrübə oldu. Hər bir rəqibə qarşı düzgün oyun oynasaq, qələbə qazanmaq olar.

- Son dəqiqədəki qol epizodu ilə bağlı nə deyə bilərsiz?

- İki rakursdan baxdıq epizoda. Təmiz qol idi. Heç ofsayddan söhbət getmir. Ansi vurduqdan sonra top Riçarda dəydi, amma həmin epizodda ofsayd yox idi. O anda hakimin ofsayd qeydə alması böyük risk idi. Artıq nə demək olar ki?

- Geridə qalan 6 oyunu yada salın. Sizə bir şans verilsəydi, hansı oyunun yenidən keçirilməsini istərdiz?

- Siz bilməzsiz ki, mən hər oyundan əvvəl və gedişində hansı hissləri keçirirəm. Buna görə də nəsə demək istəmirəm. Desəm ki, hansısa oyunu yenidən keçirək. Qorxuram ki, ondan da pis olar.

- Hakim səhvinə görə qrupda qaldıq. Hansı hissləri keçirirsiz?

- Normal. Rəqibin oyunçusu matçdan sonra yaxınlaşıb mənə dedi ki, top mənə dəymişdi. Həmin anda desəydi, bəlkə də qolu qeydə alardı.

- Bəxtimizin gətirmədiyini demək olar?

- Bəli. Amma bəxtimiz gətirdiyi oyunlar da olub. Onlar olmasaydı, bəlkə son oyuna qədər bu şansı qorumazdıq.
Xəbəriniz olsun

23.11.2017 - MN: Azərbaycan hərbi qulluqçusunun cəsədi neytral zonadadır

22.11.2017 - Ərdoğan: Qarabağ problemini yalnız Rusiya həll edə bilər

22.11.2017 - Rəsulzadənin xanımının məzarı tapıldı

22.11.2017 - Bakıda avtobus qəzaya düşdü: Yaralılar var

22.11.2017 - Abdin Fərzəliyevin özbaşınalığı Azərbaycan dövlətinin "başında çatladı": Narazılar Putindən kömək istədi

21.11.2017 - Putin Soçidə Bəşər Əsədlə görüşdü

21.11.2017 - İran-İraq sərhədində güclü zəlzələ baş verib

20.11.2017 - Azərbaycanlı adamyeyəndən dəhşətli etiraflar: "Qızları aparırdım Xaçmaza, ət maşınından çəkirdik, yeyirdik... ...

20.11.2017 - Xırdalanda doğuş zamanı komaya düşmüş 22 yaşlı ana dünyasını dəyişib

20.11.2017 - Təhsil İdarəsinin müdiri işdən azad olundu və saxlanıldı: Müəllim onu niyə bıçaqlamışdı?

20.11.2017 - Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20.11.2017 - "Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı

20.11.2017 - Bakıda zavodda partlayış: ölən və yaralananlar var

20.11.2017 - Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

20.11.2017 - Lotu Quliyə qarşı sui-qəsdin təfərrüatı

20.11.2017 - İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20.11.2017 - Telman İsmayılov: “Mən qatil deyiləm”

20.11.2017 - Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

19.11.2017 - İcra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

Facebook