"Qalatasaray"ın yeni baş məşqçisi kim olacaq?

23 noyabr 2015
"Qalatasaray"ın yeni baş məşqçisi kim olacaq?"Qalatasaray"ın yeni baş məşqçisinin adı bu gün rəsmən açıqlana bilər. Apasport.az xəbər verir ki, Mustafa Dənizlinin "sarı-qırmızılı" komandanın "sükanı arxası"na keçməsi artıq an məsələsidi. "TRT Spor" kanalında yayımlanan "Stadyum" verilişinin şərhçisi olan Dənizli dünənki proqramda "Qalatasaray"ın prezidenti Dursun Özbəkdən təklif aldığını etiraf edib. "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı hətta bu gün prezidentlə görüşəcəklərini də vurğulayıb: "Dünənə qədər "Qalatasaray"dan bir təklif yox idi. Ancaq Dursun Özbək zəng vuraraq mənimlə görüşmək istədiyini bildirdi. Onunla sabah (bu gün) görüşüb danışıq aparacağıq. Ortaq məxrəcə gələ bilsək, bu keçid baş tuta bilər". "Fotomaç" qəzeti isə bir qədər də irəli gedərək, Mustafa Dənizlinin köməkçilərinin də artıq müəyyənləşdiyini yazıb. Xəbərdə bildirilir ki, bundan sonra "Qalatasaray"ın məşqçilər korpusunda qapıçı məşqçisi Klaudio Taffarellə yanaşı, Ərgün Pənbə, Ümit Davala və italiyalı Stefano Marrone yer alacaq.

Qeyd edək ki, məşqçilik karyerasında iki dəfə (1987-89, 1990-92) "Qalatasaray"ı çalışdırmış Mustafa Dənizli "Fənərbağça" (2000-01) və "Beşiktaş"a (2008-10) da rəhbərlik edib. 66 yaşlı mütəxəssisin son komandası isə "Xəzər Lənkəran" (2013-14) olub.
Xəbəriniz olsun

19.01.2018 - ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI

19.01.2018 - Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

18.01.2018 - Nazir iki müavinini işdən azad etdi

18.01.2018 - Ramil Usubov polislərə xəbərdarlıq etdi

18.01.2018 - Bakıda iki məhkum öldü

18.01.2018 - Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər

18.01.2018 - “Nuray House” 30 fəhlənin pulunu mənimsədi? – Rəsmi qurumları “aldatdı”

18.01.2018 - YAP-çı deputatın işi antikorrupsiya idarəsində

18.01.2018 - “Bitcoin” kəskin ucuzlaşdı: “köpüklər partlayırmı?”

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - PA-nın yeni şöbə müdiri kimdir?

17.01.2018 - Fazil Məmmədovun Ukraynadakı mülkləri - Sensasion faktlar

17.01.2018 - SOCAR: “Mənsimovun bizə külli miqdarda borcu var”

17.01.2018 - Asif Əsgərovun inanılmaz “ixtira”sı: Nəsimi rayonunda ağaclar öz-özünə aşır - MÜƏMMA

17.01.2018 - Rəşad Sadıqov qələbə ilə başladı

17.01.2018 - Şəmkirdə 20 yaşlı oğlan özünü öldürdü

16.01.2018 - “Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

16.01.2018 - Nüfuzlu azərbaycanlı məmurun keçmiş qaynı BMT-dən kömək istəyir: Məmur yeznə bacısını və onu axtarır

Facebook