Fransızlar “Hafka”ya etiraz edirlər: “Hafiz m’a tué”!

24 noyabr 2014
Fransızlar “Hafka”ya etiraz edirlər: “Hafiz m’a tué”!“Hafka” ləqəbli azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Lans” klubu maliyyə problemlərindən yaxa qurtara bilmir.

Apasport.az xəbər verir ki, Fransa təmsilçisinin rəhbərləri bir neçə dəfə Bakıya pul dalınca gəlsələr də, buradan əliboş dönüblər.

“Hafka” klub prezidenti Jerve Martvelə noyabrın 20-dək 2,5 milyon avro ödəyəcəyini desə də, həmin məbləğ hələ də ünvanına çatmayıb. Artıq fransızlar müflis olmuş azərbaycanlı iş adamının verdiyi vədlərə inanmır.
Klubun durumundan təngə gələn “Lans”ın azarkeşləri də “Hafka”ya etiraz ediblər. Fransa çempionatının XIV turunda “Loryen”lə keçirilən səfər oyununda üzərində “Hafiz bizi öldürdü” (“Hafiz m’a tué”) yazılan köynəklərlə stadiona gələn fanatlar azərbaycanlı iş adamından vəd etdiyi pulları verməsini tələb ediblər. Əks-halda, onlar Hafiz Məmmədovu klubun düşməni elan edəcəklərini bildiriblər.
Xəbəriniz olsun

23.04.2019 - İlham Əliyevdən icra başçılarına irad: "Elə hallar var ki..."

23.04.2019 - “Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri

23.04.2019 - Ziya Məmmədovun qardaşı oğlu DİN-də yüksək vəzifəyə təyin olundu

23.04.2019 - "Boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər..."

23.04.2019 - “İşıqdan, sudan qorxmağa başladı…” – İt dişləməsindən ölən gəncin atası danışdı

23.04.2019 - “Nar” kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi

23.04.2019 - Nazarbayev istefasından danışdı, belə ağladı - VİDEO

23.04.2019 - Ramil Usubovdan yeni təyinatlar - ADLAR

23.04.2019 - “Oğlumun üzünü əməliyyat etdilər, lakin…” – Üzünü it parçalayan uşağın atası

23.04.2019 - “Oskar” otelində jurnalst qadına hücum olundu

23.04.2019 - Zelenski necə məşhurlaşdı? – Yumor ustasının prezidentliyə aparan yolu...

23.04.2019 - Bakının sahibsiz it problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

23.04.2019 - İCRA BAÇIŞININ BÖYÜK BİZNESİ – Qızıl balıq, maral fermaları, taxıl sahələri…

Facebook