Bakıda namus davası: polis qadının evində başından güllələndi

23 noyabr 2015
Bakıda namus davası: polis qadının evində başından güllələndiBakıda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

APA TV-nin məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov keçmiş həyat yoldaşının evinə gedərək əvvəllər Xəzər Rayon Polis İdarəsi 2-ci polis bölməsində işləyən polis əməkdaşı, 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.

Hadisənin qısqancıq zəminində baş verdiyi bildirilir. İ.Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. Nicat Şəbiyevin hadisə baş verən həyətdə fəhlə işlədiyi bildirilir.

Saxlanılan Bəbirovun yaxın qohumunun sözlərinə görə, İsgəndər qətlə yetirilən polis əməkdaşına dəfələrlə onun evinə gəlməməyi tövsiyə edib: "Tanıyırdı həmin şəxsi. Hətta ona xəbərdarlıq da etmişdi ki, çəkil bu yoldan".

Polis idarəsindən hadisənin namus üstündə baş verdiyi, qətlə yetirilən şəxsin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olduğu qeyd olunub.

İlkin məlumata görə, İsgəndər Bəbirov ov tüfəngi ilə həyətə girərək bir neçə atəş açıb. Güllələrdən biri Malik Muradovun baş nahiyəsinə dəyib.

"Qadın da bilirdi ki, İsgəndər hər şeydən xəbərdardır. Hətta Malik İsgəndəri hədələyirdi ki, mən polis işçisiyəm-filan, qanuni tədbir görərəm" - deyə Bəbirovun qohumları bildirib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. Qeyd edək ki, saxlanılan İsgəndər Bayraməli oğlu Bəbirov 5 uşaq atasıdır.
Xəbəriniz olsun

16.08.2018 - “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

16.08.2018 - 4 nəfər eyni anda intihara əl atdı - Bakıda şok olay

15.08.2018 - Azərbaycanda benzin bu gecə bahalaşacaq: ŞOK GÖZLƏNTİ

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

15.08.2018 - İntihar anonsu verən tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

15.08.2018 - Qurban Qurbanov: “Komandamdan razıyam”

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

Facebook