Özünü 19-cu mərtəbədən atan qadına əri "bağışlayıram səni, düş aşağı" dedi, amma... - BAKIDAKI FACİƏNİN TƏFƏRRÜATLARI

23 noyabr 2015
Özünü 19-cu mərtəbədən atan qadına əri "bağışlayıram səni, düş aşağı" dedi, amma... - BAKIDAKI FACİƏNİN TƏFƏRRÜATLARIBakıda 25 yaşlı ananın intihar etməsi ilə bağlı yeni xəbərlər var.

Savash.org xəbər verir ki, Sabunçu Rayon Prokurorluğunun məlumatına görə, bu gün saat 14:45 radələrində Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, "Uğur-2" yaşayış kompleksində intihar hadisəsi qeydə alınıb.

Həmin ünvanda yaşayan 1990-cı il təvəllüdlü Ayşən Dadaşova özünü 19-cu mərtəbədən atıb. O, hadisə yerindəcə keçinib.

Hafta.az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, adının Hüseyn olduğunu deyən bina sakininin sözlərinə görə, qadın özünü atmazdan öncə əri onun yanında olub. O, həyat yoldaşına "səni bağışlayıram, düş aşağı" desə də, xanım özünü binadan aşağı atıb. Binada yaşayan başqa bir sakinin bildirdiyinə görə isə qadın və əri yaxınlıqda yerləşən "Komsomolski" deyilən ərazidə yaşayırlar. Onlar mübahisə etdikdən sonra qadın bu binaya özünü atmaq üçün gəlib.

Mərhumun yaxınları onun düşdüyü yerə gül dəstəsi qoyublar.

Şahidlər bildiriblər ki, xanımın əri "özünü atma, vallah, səni bağışlayıram" deyəndən sonra qız fikrindən daşınıb. Qayıtmaq istəyərkən, sürüşərək yıxılıb.

Əməkdaşımızın araşdırmaları davam edir. Yeni məlumatları təqdim edəcəyik.

***

Şahidlər bildiriblər ki, qadının özünü atmaq fikri əvvəlcədən olmayıb. Çünki o, əri ilə danışıqlara gedirmiş. Yəni yüksəkliyə çıxan kimi özünü atmaqda qərarlı görsənmirmiş. Onun 3 yaşlı bir övladı olmasını da bildirdilər.

Binanın yaxınlığındakı dükanda işləyən qadın isə hadisəyə xəyanətin səbəb olduğunu deyib:

"Qız ölüb gedib, haqq dünyasındadır. Bunu müzakirə etmək , özü olmadan nəsə danışmaq doğru deyil. Amma belə söhbətlər dolaşır ki, hadisəyə xəyanət səbəb olub. Hər halda məsələ araşdırılacaq".
Xəbəriniz olsun

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

16.08.2018 - 596 bal topladı, ixtisas seçimi etdi, lakin kənarda qaldı - Qəbul imtahanında ilginc hadisə + FOTOFAKT

16.08.2018 - Füzulidə yas mərasimləri: Sadə, israfçılıqdan kənar, islami qaydalara uyğun

16.08.2018 - ABŞ vitse-prezidentindən Türkiyəyə çağırış-təhdid

16.08.2018 - “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

16.08.2018 - 4 nəfər eyni anda intihara əl atdı - Bakıda şok olay

15.08.2018 - Azərbaycanda benzin bu gecə bahalaşacaq: ŞOK GÖZLƏNTİ

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

Facebook