Göyçay sakini hakimə verdiyi 10 mini geri istəyir

24 noyabr 2015
Göyçay sakini hakimə verdiyi 10 mini geri istəyir“Göyçay Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin sabiq müdiri, hazırda Ağdaş rayon məhkəməsinin hakimi işləyən Ruslan Əlizadə bizim ailənin başına açdığı oyunlar araşdırlmamış qalıb” - Göyçay rayonu, Potu Şıxlısı kənd sakini Ceyhun Ağaisa oğlu Seyidov belə deyir.

Uzun illər Göyçay Rayon Polis Şöbəsində işləmiş Qarabağ veteran olan C.Seyidov yazır ki, mərhum atası Ağaisa Seyidov uzun müddət Potu kəndindəki kolxozun sədri olub: “Atam 2009-cu ildək bələdiyyə sədri idi. Təxminən 2006-cı illərdə Potu kənd sakini Seyid Mirəli deyilən şəxs istifadəsində olan torpaq sahəsinin 7 sotunu Nadir adlı şəxsə satıb. Alqı-satqı zamanı bələdiyyənin hesabına rüsum ödənilib və notariat qaydada bu alqı-satqı rəsmiləşdirilib. Alqı-satqıdan bir neçə il keçəndən sonra Ruslan Əlizadə hüquq şöbəsinin müdiri təyin olundu və köhnə işləri araşdırmağa başladı. Sonra Nadirin yanına gedib sənədləri ondan alıb üzünü çıxardı. Atamın yanına gəlib deyib ki, bu sənədlər qanunsuzdur və işdən yaxşı pul almısan deyə 10 min manat verməlisən. Atam and-aman elədi ki, mən heç bir torpaq satmamışam. Seyid Mirəli xəstə olduğuna görə torpağı Nadirə satıb. Bu alqı-satqını Mirəlinin ailəsi də təsdiq edə bilər. Atam Ruslana bildirib ki, artıq mən 3 ildir ki, işləmirəm. Bu alqı-satqının üstündən 5-6 il keçib. Ruslan Əlizadə isə cavabında bildirir ki, bəs başcı (o dövrdə Mansur Məmmədov icra başçısı idi)da deyib ki, əgər deyilən məbləği verməsə, onun keçmiş fəaliyyətini yoxlatdıracam. Əgər iş Prokurorluğa gedib çıxsa sənin pulunu alacaqlar, özünü də həbs edəcəklər. Atam da uzun müddət rəhbər vəzifələrdə işlədiyinə və rayonda sayılıb-seçilən insanlardan olduğuna görə yaşının ahıl çağında biabır olmamaq üçün Ruslan Əlizadənin dediyi ilə razılaşmaq məcburiyyətində qaldı”.

C.Seyidov deyir ki, 2012-ci il noyabrında Göyçay İcra Hakimiyyətinin arxasında Ruslan Əlizadə ilə görüşüblər: “Atam maşında oturmuşdu. Mən 10 min manatı paketdə Ruslan Əlizadəyə verdim. Həmin pul Ruslana verməzdən bir neçə gün qabaq bağımızdan toplayaraq satdığımız xurmanın pulu idi. Bu hadisədən sonra atam ağır xəstəlik keçirdi və bir müddət yatandan sonra keçən il vəfat etdi. Həmin vaxt R.Əlizadə mənim israrımdan sonra 2 min manatı qaytardı. Bu gün belə bir sual yarana bilər ki, bəs mənim neçə ildə susmağımın səbəbi nə olub? 1-ci atamın yaşlı olması və xəstəliyə düşməsi. 2-ci Ruslan Əlizadə həmin vaxt Göyçayda işləyirdi.

3-cü keçmiş icra başcısı Mənsur Məmmədov hələ icra başcısı idi, Ucara göndərilməmişdi. Artıq təhlükədən uzaqlaşmışıq deyə bizi heç kim tutdura bilməz. Mən bir ildir ki, Ruslan Əlizadədən pulu geri qaytarmağını tələb edirəm. Deyir ki, məhkəməyə keçərkən xeyli xərci çıxıb və gözləməyimi istəyir. Hüquq mühafizə orqanalrının rəhbərlərinə müraciət edərək halal pulumuzun məhkəmə hakimindən alınaraq bizə qaytarılmasını xahiş edirik”.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook