Türkiyə Rusiya qırıcısını vurdu

24 noyabr 2015
Türkiyə Rusiya qırıcısını vurduBu gün Suriyanın Türkiyə ilə sərhədə yaxın ərazisində vurulan naməlum qırıcının Rusiyaya məxsus olduğu bildirilir.

“Hurriyet Daily News” xəbər verir ki, təyyarə Türkiyənin hava məkanını pozub və bu ölkənin Hərbi Hava Qüvvələrinin F-16 qırıcısı tərəfindən vurulub. Katapult edən pilotlardan biri türkmən qüvvələri tərəfindən tutulub.

CNN telekanalı da təsdiq edir ki, katapult edən pilotlar rus dilində danışır. Haberturk kanalı isə Rusiya xüsusi təyinatlılarının pilotları xilas etmək üçün əməliyyat başlatdığını xəbər verir.

Rusiya Müdafiə Nazirliyi Suriya əməliyyatlarında iştirak edən aviaqruplaşmaya məxsus təyyarənin yerdən açılan atəşlə vurulduğunu təsdiqləyib.

Bu barədə TASS xəbər verir.

Nazirlik bəyan edir ki, Su-24 bombardmançısı müstəsna olaraq Suriya ərazisində olub və qonşu ölkənin ərazisinə keçməyib. Pilotlar katapult etməyə imkan tapıb. Rusiya Müdafiə Nazirliyi təyyarənin Türkiyə qırıcısı tərəfindən vurulduğunu təsdiq etmir.
Xəbəriniz olsun

22.07.2018 - Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

22.07.2018 - 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü - KÜRDƏMİRDƏ ŞOK OLAY

22.07.2018 - “Qarabağ” yeni hücumçu aldı

21.07.2018 - Mirşahinə bu dəfə "milçək" dedilər: "SƏNİ TAPDALAYARAM..."

21.07.2018 - Kasıb necə varlana bilər? - Yəhudilərdən 6 QIZIL MƏSLƏHƏT

21.07.2018 - İntihar edən abituriyentin anası özünü öldürdü – Sumqayıtda

21.07.2018 - Yunis Səfərovun yaxın dostu öldürüldü: Əməliyyatçılar tutmaq istədi, o silaha əl atdı...

21.07.2018 - Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

Facebook