Rus təyyarələri Türkiyə karvanına hücum etdi: 7 ölü, 10 yaralı

26 noyabr 2015
Rus təyyarələri Türkiyə karvanına hücum etdi: 7 ölü, 10 yaralıTürkiyədən Suriyaya humanitar yardım aparan maşın karvanı Kilisdən Suriyaya girəndən sonra sərhəddə vurulub.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, yardım daşıyan TIR-lar havadan hücuma məruz qalıb.

Türkiyənin "Anadolu" Agentliyi isə hücum nəticəsində 7 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını, 20 TIR-ın isə yandığını bildirib.

Yerli mənbələr bildirib ki, hücum rus təyyarələri tərəfdən edilib: “Ruslar humanitar yardım daşıyan TIR-lara hücum etdi. Hücum nəticəsində 20 TIR yandı, çoxlu sayda maşın da yararsız hala düşdü” deyə xəbərdə qeyd olunub.

Suriyadakı müxalif qruplardan olan Şam Cəbhəsinin sahə komandiri Zekeriya Karslı da yardım TIR-larına Rusiyanın hərbi təyyarələrinin hücum etdiyini bildirib.

Humanitar yardım karvanının koordionatoru Mustafa Özbek yanğını söndürməyə çalışdıqlarını deyib. O, yardım karvanına kimin hücum etdiyini bilmədiyini deyib.

Türkiyənin rəsmi qurumları hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook