ŞOK İTTİHAM: Kərəm Həsənov komitə sədri kimi çoxsaylı insanlarla bağlı cinayətlər törədib

26 noyabr 2015
ŞOK İTTİHAM: Kərəm Həsənov komitə sədri kimi çoxsaylı insanlarla bağlı cinayətlər törədib“İlham Əliyev K.Həsənovun qanunsuz hərəkətlərinin araşdırılmasına dair göstəriş versə, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub, cəzalandırılar”

Zülfüqarlı qardaşları hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət hazırlayır, qəsb edilmiş əmlaklarının geri qaytarılmasına çalışırlar. “Bakı Poladtökmə”, “Bakı Elektroştamp” və “Xəzər Boru” zavodları vaxtilə qardaşlara məxsus olub. Zülfüqarlılar 2000-ci illərin əvvəllərində Azərbaycanda metaləritmə sənayesinə və metallurgiya biznesinin bir hissəsinə nəzarət ediblər. Lakin Zülfüqarlı qardaşları, o cümlədən Nurəddin və Loğman Zülfüqarlılar 2005-ci ildə həbs ediliblər. Bundan sonra onlar Azərbaycandakı bizneslərinin böyük hissəsini itiriblər. Nurəddin Zülfüqarlı Türkiyəyə köçüb.
Neftin ucuzlaşmasının yaratdığı kütləvi işsizlik hakimiyyəti iqtisadi sahəyə daha çox diqqət ayırmağa məcbur etdi. Bu diqqət ölkədə sahibkarlara qarşı qanunsuz yoxlamalara, reket və quldurluqlara imza atmış məmurların cəzalandırılması ilə sonuclandı. Eyni zamanda bir çox sahibkarları qəsb edilmiş əmlaklarının geri qaytarılacağına ümidləndirdi.
Məlumdur ki, sahibkarlara qarşı amansız davranış sərgiləyən təkcə Eldar Mahmudovun cinayətkar dəstəsi olmayıb. Başqaları da var və bu hal sistemli olub. 2005-ci ildə Zülfüqarlı qardaşlarından alınan ixracyönlü istehsalatla məşğul olan iki böyük zavod – “Bakı Poladtökmə” və “Bakı Elektroştamp” hazırda fəaliyyətsizdir. Vaxtilə 1500-ə qədər vətəndaşın işlədiyi zavodlar fəaliyyətini tamamilə dayandırıb. 2005-ci ildə zavodların əsas səhmdarı və idarəçisi Nurəddin Zülfüqarlının olduğu maşının qarşısı kəsilib, onun başına torba keçirilərək həbs edilib.
Həbsdə olan sahibkarla Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov zavodları təhvil verməsi üçün danışıq aparıb. Zavodlar sahibindən alınıb və Kərəm Həsənovun sürücüsünün qohumu, Lerikin Ordahal kənd sakini olan çoban Gəray Məmmədovun adına rəsmiləşdirilib. Gəray Məmmədov videomüsahibə verəndən sonra zavodlar “Bakı Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədovun adına dövr edilib. Hazırda “mahmudovçu” çetenin qurbanı olan sahibkarların şikayətləri qəbul edilir, onlara haqsızlıq edənlər dindirilir. Zülfüqarlıların özləri də ümid edirlər ki, gec-tez sahibkarlara qənim kəsilən K.Həsənovun və onun kimi məmurların da dindirilməsi baş tutacaq və zavodları geri qaytarılacaq, iş yerlərini yenidən açıb vergi ödəyəcəklər.
MüzəffərBaxışaK.Həsənovun qanunsuz əməllərindən danışan tanınmış hüquqşünas Müzəffər BAXIŞ bildirib ki, K.Həsənov saysız-hesabsız qanunsuzluqlar törədib. Lakin indiyə kimi ona heç bir cəza tətbiq olunmayıb: “K.Həsənovun hansı əməllərlə məşğul olması bizə çoxdan məlumdur. Sadəcə törətdiyi özbaşınalıqlara görə, kimsə ona “dur” demir. Bu səbəbdən düşünürəm ki, siyasi göstəriş olmasa, K.Həsənov cəzasız qala billər. Yəni onun əməllərinə hüquqi qiymət verilməyəcək”.
Həmsöhbətimizin sözlərinə görə, əslində K.Həsənov Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri kimi yalnız Zülfüqarlı qardaşları ilə deyil, çoxsaylı insanlarla bağlı cinayətlər törədib: “Dövlət əmlakının özəlləşdirilməsi zamanı çox ciddi qanun pozuntularına yol verib. Məqsədli şəkildə dövlət əmlakının qiyməti aşağı salınıb və özünə münasib adamların adına rəsmiləşdirilərək özəlləşdirilib. Bunlar hər kəsə bəllidir. Sadəcə olaraq buna hüquqi qiymət vermək lazımdır. Bu qəbildən olan vəzifəli şəxslərin hərkətlərinə hüquqi qiymət vermək üçün Azərbaycan prezidentinin razılığı olmalıdır. Bu gün dövlət başçısı İlham Əliyev K.Həsənovun qanunsuz hərəkətlərinin araşdırılmasına dair göstəriş versə, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub, cəzalandırılar. Bunun üçün kifayət qədər sübutlar var. Amma inanmıram. Ona görə ki, K.Həsənovun yarpaqları saralmayıb. Nə qədər ki, bu yarpaq saralmayıb, Zülfüqarlı qardaşları hüquqlarını bərpa edə bilməyəcəklər. Nə vaxt ki, K.Həsənovun yarpaqları saralıb, töküləcək, bax onda Zülfüqarlı qardaşları və digər sahibkarlar öz hüquqlarını bərpa edəcəklər. Yalnız bunu düşünmək lazımdır ki, heç kim vəzifədə əbədi deyil”.
Mənsur, AİM.Az
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook