"318 milyon manatı Cahangir Hacıyevin göstərişi ilə oğurlamışam"

27 noyabr 2015
"318 milyon manatı Cahangir Hacıyevin göstərişi ilə oğurlamışam"“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının həbsdə olan müdiri Adil Hüseynovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 4 ay artırılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 2 mart, 2016-cı il tarixinə qədər uzadılıb.

Bu ilin may ayında həbs edilən A.Hüseynov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının rəhbəri olub.

A.Hüseynov istintaqa ifadəsində bildirib ki, o, filial rəhbəri olarkən Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində çalışmış Cahangir Hacıyev, İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev və digər rəhbər şəxslərin göstərişi ilə hərəkət edib. O, 318 milyon manat vəsaitin xərclənməsində birbaşa rəhbərlik tərəfindən göstəriş aldığını bildirib. Kreditlərin verilməsinə isə birbaşa həmin vaxt İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışmış Emil Mustafayevin şəxsən özü nəzarət edib.

A.Hüseynov 318 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub. Həmin məbləğin böyük bir hissəsinin Dubayda iki zavodun tikilişinə sərf edildiyi bildirilir.

Qeyd edək ki, A.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. O, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğludur
Xəbəriniz olsun

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

18.11.2018 - Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları məhv etdilər

18.11.2018 - İcra başçısına 70 min rüşvət verən şəxs danışdı: "İsmayıl Vəliyevin imzası ilə..."

18.11.2018 - "Əli Kərimli və AXCP üzvlərinin işi məhkəməyə göndəriləcək" - Paytaxt polisi rəsmi məlumat yaydı

Facebook