Saxlanılan nardaranlıların hamısı barəsində həbs qətimkan tədbiri seçilib

28 noyabr 2015
 Saxlanılan nardaranlıların hamısı barəsində həbs qətimkan tədbiri seçilibNardaranda baş verən hadisəyə görə saxlanılan 14 nəfərin hamısı barədə həbs-qətimkan tədbiri seçilib.

Bu barədə virtualaz.org saytına Baş Prokurorluqdakı mənbələrdən məlumat verilib.

Xəbərdə deyilir ki, onların hamısının barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

14 nəfər barəsində Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələr üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, noyabrın 26-da DİN Nardaranda islamçı ekstremistlərə qarşı xüsusi əməliyyat keçirilib. Polisə silahlı müqavimət göstərən radikalların 4-ü məhv edilib. Silahlı insidentdə iki polis əməkdaşı da şəhid olub. Hacı Tale Bağırzadə başda olmaqla 14 islamçı ekstremist həbs edilib.
Xəbəriniz olsun

23.02.2018 - Prezident çoxuşaqlı qadınlara verilən müavinətin məbləğini artırdı

23.02.2018 - Sumqayıtda gənc oğlanı borca görə döyüb diri-diri basdırdılar...

23.02.2018 - “Nar” Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlandırıb

22.02.2018 - Azərbaycanda bu yol pullu olacaq - ƏHALİNİN NƏZƏRİNƏ

22.02.2018 - "Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı - Bakıda şok hadisə

22.02.2018 - 56 yaşlı Abşeron sakini özünü asaraq intihar edib

22.02.2018 - Gürcüstandan gətirilən maşınlar haqda şok faktlar - Ekspertdən müsahibə

22.02.2018 - Bu rayonlarda insanlar çox yaşamır - I yeri müalicəvi Naftalan tutur

22.02.2018 - “Bank of Baku”nun özbaşınalıqları davam edir – GİLEY

22.02.2018 - Azad Rəhimovun oğlu ilə bağlı ilginc iddia

22.02.2018 - Azərbaycanın Olimpiadada yeganə təmsilçisi finiş xəttinə çata bilmədi

22.02.2018 - Rəsmi Vaşinqton Rusiyadan silah alan ölkələri sanksiyalarla hədələdi - Xəbərdarlıq

22.02.2018 - “Ziya Bünyadovun əvəzinə bir müxalifət liderini öldürəcəkdik, amma...” - akademikin qatilinin etirafları

Facebook