İmişli MERO-da kora da sürücülük vəsiqəsi verilir-FAKT

01 dekabr 2015
İmişli MERO-da kora da sürücülük vəsiqəsi verilir-FAKTŞəxsi avtomobil kolleksiyası olan 11 saylı Qeydiyyat-İmtahan Şöbəsinin rəisi Mirqiyas Seyidovu pul maraqlandırır

Son dövrlər yol-nəqliyyat hadisələrinin artmasında ən mühüm yerlərdən birini sürücülərin pulla vəsiqə almaları göstərilir. Yerli İmtahan-Qeydiyyat Şöbələrinə rüşvət verərək, asanlıqla sürücülük vəsiqəsi alanlar sonra uzaq yollarda qeyri-peşəkarlıq nümayiş etdirərək, başqalarının həyatları ilə oynayır.

Qeyd edək ki, İmişlidə yerləşən, 11 saylı rayonlararası İmtahan-Qeydiyyat Şöbəsində də vəziyyət digərlərindən fərqlənmir. JAM.AZ xəbər verir ki, bu özbaşınalığa səbəb şöbənin rəisi Mirqiyas Seyidovun tətbiq etdiyi qaydalar və günlük planlardır. Bu barədə məlumat verən şəxslər bildirirlər ki, İmişli MERO-sunda pulsuz heç nəyi həll etmək mümkün deyil.

Belə ki, sürücülük vəsiqəsinə sahib olmaq üçün iki yol var. Birincisi, heç bir sürücülük məktəbi oxumadan gəlib rəis Mirqiyas Seyidovun qabağında əyləşib, masanın üzərinə 1000-1200 manat «çırpmalısan». Ən geci 25 dəqiyəyə vəsiqə hazır olur və vətəndaş yola salınır.

İkinci varinat isə bir qədər başqadır. Bunun üçün sürücülük məktəbini oxuyur, sənədlərini alır və onların arasına 750-800 manat qoyaraq, şöbə rəisinə və ya onun köməkçisinə və ya orada çalışan hər hansı birinə verirsən. Bunun üçün 1-2 saat vaxt lazım gəlir. Çünki pul verən vətəndaş, həm də imtahana girib, düymələri basmalıdır.

JAM.AZ bildirir ki, Mirqiyas Seyidovun iş prinspilərində oxuyaraq, sürücülük vəsiqəsi almaq anlayışı yoxdur. Elə bu səbəbdəndir ki, İmişli MERO-nun həyətirnə girən mülki şəxslər onların gözündə dollar və ya manat şəklində görünürlər.

Qeyd edək ki, Mirqiyas Seyidov pul üçün hətta insanların taleyi ilə oynamaqdan da çəkinmir. Məsələn, bir xeyli müddət əvvəl İmişli-Bəhrəmtəpə yolunda baş vermiş qəzada 5 nəfər ağır yaralanmışdı. Hadisəni törədən şəxsin Novruz Müseyibov adlı biri olduğu müəyyən edilmişdi. Və məlum olmuşdu ki, cənab Müseyibovun sol gözü ümumiyyətlə görmürmüş. Elə avtomobil qəzası da onun yolun soluna çıxmaq istəməsi olubmuş.

Maraqlıdır ki, 11 saylı Rayonlararası İmhatan-Qeydiyyat Şöbəsində əgər gözü görməyən birinə sürücülük vəsiqəsi verilirsə, bu o deməkdir ki, yollarda baş qaldırmış terrorlar heç də səbəbsiz deyilmiş. Yəni, Mirqiyas Seyidov qazansın deyil, onlarla insan hər il avtomobil yollarında qurban gedir.

JAM.AZ-ın bir başqa araşdırmasında isə İmişli MERO-nun rəisinin bahalı maşın həvəskarı olduğu vurğulanır. İddia edilir ki, Seyidovun evində dünyaca bahalı markalardan ibarət avtombil kolleksiyası var. Hətta bu kolleksiyaya daxil olanların sayı o qədər çoxdur ki, rəis hər səhər hansı maşınla işə gedib-gələcəyini belə unudur.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook