Vidadi Zeynalovun vəkilinə cinayət işi açıldı

05 dekabr 2015
Vidadi Zeynalovun vəkilinə cinayət işi açıldıVəkil Adəm Məmmədova cinayət işi açılıb.

Savash.org saytı xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov özünün facebook səhifəsində yazıb.

Vəkil bildirib ki, Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqi Malik Səfərov ona zəng edərək barəsində cinayət işi açıldığını deyib.

A.Məmmədovun sözlərinə görə, haqqında cinayət işi açılmasına səbəb kimi onun guya “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevi döydüyü göstərilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan Aparat rəhbəri Vidadi Zeynalovun vəkili olan A.Məmmədov ona cinayət işi açılmasının arxasında da məhz bunun dayandığını yazır: “Bu işin araşdırılması zamanı müəyyən etdim ki, MTN şəbəkəsinin hələ açılmamış xeyli cinayətləri və müxtəlif nazirliklərin rəhbər vəzifələrində şəbəkənin daha neçə-neçə üzvləri də mövcuddur ki, hüquqlarını müdafiə etdiyim Vidadi Zeynalovun bunu istintaqa açıqlaması ona həyatı bahasına başa gələ bilər.

Mən bu barədə üstüörtülü şəkildə mətbuata açıqlama verdim. Bunun səhərisi günü “Gündəlik Bakı” qəzetinin redaktoru Habil Vəliyev mənə yaxın olduğunu bildiyi müxtəlif adamlar vasitəsilə xəbər göndərdi ki, Adəm artıq məhv oldu, həyatı ilə vidalaşsın (həmin şəxslər şahidlik edə bilər).

Bundan bir neçə gün sonra Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqi Malik Səfərov mənə zəng edərək bildirdi ki, sizə qarşı cinayət işi başlanır, istintaqa gəlin, beş ay əvvəl “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevi döyüb, söyüb təhqir etmisiniz.

Əldə etdiyim məlumata görə, 5 ay bundan əvvəl baş vermiş və məhz mənim Habil Vəliyev tərəfindən söyülüb, təhqir olunduğum hadisəyə görə 5 aydan sonra mənə qarşı cinayət işinin başlanması yüksək vəzifəli bir şəxsin birbaşa göstərişi ilə baş verib.

Sizdən xahiş edirəm ki, bu məsələyə təcili diqqət verəsiniz və riskli bir işdə vəkil olduğumu, bu işlə əlaqədar bir sıra yüksək rütbəli şəxslər barədə məxfi məlumatlara malik olduğumu nəzərə alaraq mənim təhlükəsizliyimi təmin edəsiniz”.

Vəkil məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, milli təhlükəsizlik nazirinin I müavini Mədət Quliyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova müraciət edib.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook