"Qarabağ”la bağlı qərarı Platini verib? - SİYASİ MƏQAMLAR

13 dekabr 2014
"Qarabağ”la bağlı qərarı Platini verib? - SİYASİ MƏQAMLAR“Qarabağ” “İnter” görüşünün qol qalmaqalı ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.

Çex hakim Miroslav Zelinka qolu hesaba almamaqla heç də kobud səhvə yol verməyib, sadəcə, UEFA-nın tapşırığını icra edib.

AFFA-ya yaxın mənbədən verilən məlumata görə, “Dnepr”-“Sent-Etyen” görüşündə ukraynalıların qeydə alınmayan ilk qolu da təmiz olub. UEFA Bakıdakı görüşdə təmiz qolu saymamaqla “ədaləti” bərpa etmiş olduğu qənaətinə gəlib. Mənbənin sözlərinə görə, Ukraynada təmiz qolun hesaba alınmaması Ağdam klubunun başında çatlayıb. Bəzi iddialara görə, bu qərarın arxasında siyasi məqsədlər dayanıb, amma qaynağımız qeyd edir ki, siyasət UEFA-dan kənara çıxmayıb: “UEFA Kiyevdə ədalətsiz qərarı Bakıda təkrar etməklə balansı qorumaq istəyib”. Eyni zamanda Mişel Platini ermənipərəst mövqeyini gizlətməyib. Fransızlar üçün Kiyevdə hər şeyin bitdiyini görən Platini “Qarabağ”ın Avropada parlamasına mane olub. Mənbə qeyd edir ki, görüşdən sonra çex hakimlə futbolçularımız arasında gərginlik olub. M.Zelinka isə baş verənlərə soyuqqanlı şəkildə reaksiya verib və bu saata qədər verdiyi qərara münasibət bildirməyib.

Əslində, Qarabağ adı gələn yerdə haqsızlıqla üzləşməmək mümkün deyildi. Erməni işğalında olan şəhərimizin futbol klubunun az qala Avropanı fəth etməsini bir saniyə içərisində ürəyimizdə qoydular. Bu şanlı zəfəri həzm edə bilməyənlər “Qarabağ”ın halal qolunu kor-kor, gör-gör yedilər. İndi hesaba alınmayan bu qol hələ çox müzakirə olunacaq. Rusiyalı məşhur şərhçi Georgi Çerdantsevin dediyi kimi, “Qarabağ”ı öldürdülər. Və yaxud Feysbukda italyan azarkeşlərin azərbaycanlıları çex hakimi Miroslav Zelinkanı öldürməyə çağırması dünyanın bu qolu təsdiqlədiyinə sübutdur. İtalyan futbolçunun hakimə yaxınlaşaraq topun ayağına dəyərək tora daxil olduğunu etiraf etməsini belə çex hakim nəzərə almırsa, demək, futbol tarixinin analoqsuz absurdu baş verib. “Dnepr” klubunun futbolçusu Sergey Kravçenkonun açıqlamasında “Bəxtimiz onda gətirdi ki, “Qarabağ”ın təmiz qolu sayılmadı” – deməsi artıq bütün mənzərəni aydınladır. Sadəcə, Qarabağ adı varsa, Azərbaycana qarşı ədalətsizlik olmalı idi. Oldu da...

mənbə: axar.az
Xəbəriniz olsun

21.11.2018 - Abel Məhərrəmov danışdı: "Şouya çevirmək istəyirlər..."

21.11.2018 - Abel Məhərrəmova 1 həftə vaxt verildi - Kabineti boşaltmaq üçün

21.11.2018 - Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Facebook