Etibar Pirverdiyev "Bandotdel"ə çağırıldı - ŞOK GƏLİŞMƏ

19 dekabr 2015
Etibar Pirverdiyev "Bandotdel"ə çağırıldı - ŞOK GƏLİŞMƏBir neçə gün əvvəl "Azərenerji"nin prezidenti Etibar Pirverdiyev DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə dəvət edilib. Bu barədə İstiqlal.az-a daxil olan məlumatda iddia olunur ki, Etibar Pirverdiyevin sözügedən idarəyə dəvət edilməsi Beynəlxalq Bankla bağlı "kredit qalmaqalı" ilə əlaqədardır.

Məlumata görə, hazırda Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılan Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev "kredit qalmaqalı" ilə bağlı bir neçə məmurun, o cümlədən Etibar Pirverdiyevin adını çəkib. Məlumatda deyilir ki, Etibar Pirverdiyev Cahangir Hacıyevin dediklərində həqiqət payının olub-olmamasını aydınlaşdırmaq məqsədilə çağırılıb. Etibar Pirverdiyevin məsələ ilə bağlı nə dediyi barədə dəqiq bilgimiz yoxdur.

Bircə o məlumdur ki, Cahangir Hacıyev bəzi yüksək məbləğli kreditləri hökumətdə mühüm post tutan bir neçə məmurun zəmanəti əsasında verdiyini deyib. Bildirilir ki, həmin məmurların da Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılacağı gözlənilir.
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook