MTN polkovniki özünü təcridxanada asdı

21 dekabr 2015
MTN polkovniki özünü təcridxanada asdı
İlqar Əliyevin meyiti artıq tibbi ekspertizadan kecirilib və ailəsinə təhvil verilib.

Bu barədə virtualaz.org saytına MTN-in Aniterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyevin vəkili Rəşad Mirmehdizadə məlumat verib.

R.Mirmehdizadə onu da deyib ki, İlqar Əliyev dəfn olunmaq üçün dekabrın 21-də doğulduğu Göyçay rayonuna aparılacaq.

* * *22:41

Penitensiar Xidməti polkovnik İlqar Əliyevin ölümü ilə bağlı məlumat yayıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2, 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs-qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib.

Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.

Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib, tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.

Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İ.Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib.

Hadisə yeri Bakı Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

* * *21:01

MTN-in Aniterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyevin meyiti ailə üzvlərinə təhvil veriləcək.

Bunu mətbuata verdiyi açıqlamasında İ.Əliyevin vəkili Rəşad Mirmehdizadə deyib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatı nə təsdiq, nə də təkzib edib. O, xəbəri dəqiqləşdirmək üçün Penitensiar Xidmətə müraciət etməyi məsləhət görüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yaşar İsakov da məlumatı təkzib etməyib. Bildirib ki, yaxın dəqiqələrdə bu barədə rəsmi açıqlama yayılacaq.

İlqar Əliyevin vəkili Rəşad Mirmehdizadə isə APA-ya açıqlamasında bildirib ki, hadisə barədə mətbuatdan xəbər tutub. Müdafiəçi məsələni araşdırmaq üçün istintaq təcridxanasına gedib.

Başqa bir məlumata görə, digər hüquq-mühafizə orqanlarının əməkdaşları da hazırda Bakı İstintaq Təcridxanasındadır və onlar hadisə yerində araşdırma aparır.

Oktyabrda həbs olunan İlqar Mustafa oğlu Əliyev Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə ittiham olunurdu.

İlqar Əliyevin adı həmçinin jurnalist Pərviz Həşimlinin həbsində hallanırdı. Jurnalist həbsinə görə onu ittiham edirdi.

* * *18:03

“Polkovnik İlqar Əliyevin intihar etməsi ilə bağlı araşdırmalara başlanıb. Fakt üzrə cinayət işi açılıb. Bu hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumatlar veriləcək”.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən məlumat verilib.

Xatırladaq ki, İlqar Əliyev Ədliyyə Nazirliyi 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılırdı.

* * *17:38

Eldar Mahmudov MTN naziri vəzifəsindən qovulandan sonra onun ifşa edilən cinayətkar dəstəsinin əsas üzvlərindən biri, MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asıb.

Məlumata görə, həbsdə olan İlqar Əliyev təxminən 1 saat əvvəl intihar edərək özünü öldürüb.

“Qafqazinfo” saytının məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlamağa çalışsa da bu cəhdləri nəticəsiz qalıb.

Qeyd edək ki, İqar Əliyevin barəsində oktyabrda SəbaYEl Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi və Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.
Xəbəriniz olsun

19.09.2017 - AFFA Çempionlar Liqası filanının Bakıda keçirilməsi barədə

19.09.2017 - Ziya Məmmədov jurnalistləri ələ saldı — "Açıqlama yerinə bağlama alarsız"

19.09.2017 - Bakıda kişi özünü 17-ci mərtəbədən atdı

19.09.2017 - Azərbaycanlı futbolçunun oğurluq etməsinin səbəbi açıqlandı: AFFA-ya borcu varmış...

19.09.2017 - Füzulidə pambıq yığımı davam edir

19.09.2017 - Vergilər Nazriliyi “Turan”a qarşı sanksiyaları bərpa etdi

19.09.2017 - ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım ayırdı

19.09.2017 - Xabarovskda çempionu öldürən Allahverənov FTX-yə təslim oldu

19.09.2017 - Ziya Məmmədov evini satışa çıxardı: 750 minə

19.09.2017 - Paşazadənin “vurulması“nın şok səbəbləri - sandığı, yoxsa varisi...

19.09.2017 - Prezidentin Lənkəran səfəri: Taleh Qaraşovla Müşviq Rəhimov ifşa olundu - Detallar

18.09.2017 - Mehman Əliyev: "Mən hələ qərar verməmişəm"

18.09.2017 - Kərəm Həsənovun biznes şəbəkəsi və çökən imperiya

18.09.2017 - Allahşükür Paşazadənin ətrafında nə baş verir: oğlu ölkədən qaçdı, qudasına gözlənilməz zərbə...

18.09.2017 - “Azadlıq” qəzetinin bölgə müxbiri 9 il həbs cəzası aldı

18.09.2017 - Merkel Türkiyəyə ultimatum verdi

18.09.2017 - "Sumqayıt" klubunun futbolçusu oğurluğa görə tutuldu

18.09.2017 - Azərbaycanın əleyhinə kompromatları Qərb jurnalistlərinə Rusiya kəşfiyyatı sızdırır?

18.09.2017 - Bu içkilərə öküz sperması qatılır - Daha bir xəbərdarlıq

Facebook