Dollar ticarəti öldürdü: şirkətlər satışı dayandırdı, siqaret, araq, ət bahalaşdı...

21 dekabr 2015
Dollar ticarəti öldürdü: şirkətlər satışı dayandırdı, siqaret, araq, ət bahalaşdı...Bütün şirkət və firmalar bu gündən pərakəndə və topdansatış mərkəzlərinə mal və məhsul verilməsini dayandırıb.

Virtualaz.org saytının hazırda paytaxtın iri ticarət mərkəzlərində olan reportyorları xəbər verir ki, ilk olaraq “Azərsun” firması məhsul satışını dayandırıb.

Nəsimi rayonu, Mirəli Qaşqay küçəsindəki topdansatış mərkəzlərində qiymətlər artırılmayıb. Lakin firmalar məhsul sifarişi qəbul etməyib.

Topdansatış mərkəzinin satıcısı Samir Ağayevin sözlərinə görə, bu gündən “Ankor”, “Avrovest”, “Bakxolodelnik” firmaları sifariş qəbul etməyib. Həmçinin siqaret və alkoqollu içkilərin satışı da dayandırılıb: “Bu gün “Siyəzən”, “Səba”, “Giləzi” firmalarından toyuq və toyuq əti, yumurta gətirilib. Amma sifariş dünəndən verildiyindən qiymətlərin artırılıb-artırılmayacağını bilmirik. Hazırda toyuq və toyuq ətinin qiyməti 2 manat 30 qəpik-3 manat 30 qəpik arasındadır. Yumurtanın bir ədədini isə 13 qəpikdən satırıq. Sabahdan qiymətlərin 50 faiz artırılacağını güman edirik”.

Hazırda topdansatış mərkəzlərində mal ətinin qiyməti 5 manat 50 qəpikdir. Satıcılar sabahdan mal ətinin 7 manat 30 qəpiyədək bahalaşacağını deyirlər: “Mal ətini yerli firmalardan alırıq. Bu gün əlaqə saxladıq, sabahdan qiymətlər 2 manat 50 qəpik bahalaşacaq. Yumurta isə 15 qəpikdən veriləcək”.

Firmalar siqaretin satışını dayandırdığı üçün topdansatış mərkəzlərində siqaret qıtlığı yaranıb.

Digər topdansatış mərkəzinin satıcı Aqşin Məmmədovun sözlərinə görə, siqaretlərin 50 faizədək bahalaşacağı deyilir, amma firmalar hələlik heç bir açıqlama vermirlər: “Xaricdən gətirilən spirtli içkilərin də satışı dayandırılıb. Bu gün pivə, araq sifarişimizi qəbul etmədilər. Satışda siqaret də yoxdur. Səhər saatlarında bütün siqaretlər satıldı”.

“Fresko” ticarət mərkəzində qiymətlər hələlik dəyişməyib. Ancaq firmalar satışı dayandırdığından bahalaşma olacağı şübhəsizdir.

Mağazanın adını açıqlamayan satıcısı qiymətlərin sabahdan dəyişəcəyini dedi: “Firmaların qərarını gözləyirik. Yəqin ki, sabahdan yeni qiymətlər olacaq”.

Qeyd edək ki, “Fresko”da da siqaret satılmır. Kassadan siqaretlərin satılıb qurtardığını dedilər.

Maraqlıdır ki, artıq köşklərdə də siqaret satışı dayandırılıb. Hətta vitrində siqaret olsa da satılmır.

“Bazar Store” ticarət mərkəzində də vəziyyət fərqli deyil. Firmalar qiymətləri müəyyənləşdirmədiyindən satıcılar bahalaşmanın neçə faiz olacağını bilmirlər.

Onu da qeyd edək ki, həm topdansatış mərkəzlərində, həm də mağazalarda alıcı sıxlığı müşahidə olunur. Belə ki, kassaların qarşısında apardığımız müşahidələrə görə, əksəriyyət yuyucu tozlar, makaron, qənd, şəkər, çay, un, düyü alır.

Məişət texnikası bazarında isə satış ümumiyyətlə dayandırılıb. Yalnız “Bakcell”in rəsmi dilerində telefon satışı aparılır. Məsələn, metronun “28 may” stansiyasının yaxınlığındakı mağazada telefon almaq olar. Amma bu gündən qiymətlər 50 faiz artır.

“Kontakt” mağazasından isə bildirdilər ki, satışı dayandırıblar: “Qiymətlər tam müəyyənləşdiriləndən sonra mağazalar işləyəcək. Hələlik bir neçə gün işləməyəcəyik”. “İrshad Telecom”, “Bakcell”, “Azercell”, “Music Gallery”, “Baku Electronics” və digər mağazalarda da satış yoxdur.

İstilik sistemləri avadanlıqları (kombi) mağazalarında da satış dayandırılıb. Dərnəgül qəsəbəsindəki kombi mağazalarının qapısına qıfıl vurulub.

Manatın ucuzlaşması hələlik geyim mallarına təsir etməyib. Lakin endirimlər ləğv edilib. Məsələn, “28 may” yeraltı ticarət mərkəzindəki mağazaların üzərindəki “endirim” sözləri silinməyə başlayıb.
Xəbəriniz olsun

14.12.2018 - SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb - FOTO

14.12.2018 - Maksim Medvedev: "Bu təxribata görə kimsə cavabdeh olacaq və cəzasını çəkəcək"

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

Facebook