"Fikirlərini dinləyəcəyik, onları prezidentə çatdıracağam"

13 dekabr 2014
"Fikirlərini dinləyəcəyik, onları prezidentə çatdıracağam" “Azərbaycan hakimiyyəti həmişə dialoqa hazır olub və dialoq əhvali-ruhiyyəsi ilə fəaliyyət göstərib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün ölkədəki əksər müxalifət partiyalarının sədrləri ilə keçirdiyi görüşündə deyib.

Şöbə müdiri xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə ölkədə rifahın yüksəlməsi, iqtisadi islahatların aparılması ilə yanaşı davamlı olaraq siyasi islahatların da aparılmasının zəruriliyini vurğulayıb: “Modernləşmə siyasəti təkcə sosial-iqtisadi sahəni əhatə etmir, həm də dünyada təcrübədən keçmiş, özünü doğrultmuş siyasi islahatların sistem şəklində reallaşdırılmasını ehtiva edir: “Biz hesab edirik ki, Azərbaycan cəmiyyətinin inkişafı, daxili idarəçilik sisteminin təkmilləşdirilməsi söz və məlumat azadlığı, vətəndaş cəmiyyəti institutlarının iştirakı təmin edilmədən, siyasi partiyaların opponentlik fəaliyyəti olmadan qeyri-mümkündür”.

PA rəsmisi deyib ki, ona görə də Azərbaycan hökumətinin media, qeyri-hökumət təşkilatları və siyasi partiyalarla görüşlər davamlı xarakter daşıyır: “Bu gün də keçirilən görüş məhz Azərbaycanın bir qrup müxalifət partiyasının təşəbbüsü ilə reallaşdırılıb. Partiyaların istədiyi məsələlər ətrafında müzakirə aparacağıq, onların fikirlərini dinləyəcəyik, ümumiləşdirəcəyik və mən, Azərbaycan hakimiyyətinin nümayəndəsi kimi onları müvafiq strukturlara, Prezident Administrasiyasına və Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdıracağam”.

Ə.Həsənov bildirib ki, siyasi partiyalarla, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şəraitində işləyən hakimiyyətlər güclü olur: “Ona görə də biz Azərbaycan hakimiyyətinin nümayəndəsi olaraq, siyasi opponentlərimizlə konstruktiv dialoqa həmişə açıq olmuşuq, bundan sonra da açıq olmağa davam edəcəyik”.
Xəbəriniz olsun

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

15.11.2018 - Azərbaycanda nazir xalası qızını Qocalar Evinə yerləşdirdi - FOTO

15.11.2018 - Deputatlardan AzTV və İTV-yə ittiham: "Bizi elə qələmə verirlər ki..."

15.11.2018 - Tramp məmuru Ağ Evdən qovdu

15.11.2018 - Qarabağ əlili: “Böyrəyimi satıb, “Bank of Baku”ya borcu verməliyəm…”

15.11.2018 - Bakıda qətl: Qadın kirayədə qaldığı evdə öldürüldü

15.11.2018 - Əli Həsənovla bağlı şok iddia: milyard manat mənimsəyib - "Qaçqınkom" müdhiş maxinasiyanın üstü açılıb

13.11.2018 - Azərbaycana yadplanetlilərin gəmisi enib? - Foto

13.11.2018 - “Azərbaycanda əməkhaqları çox aşağıdır” - Komitə sədrindən gözlənilməz açıqlama

13.11.2018 - Ərdoğan: “Camal Qaşıqçı öldürülən zaman qeydə alınan səs yazıları dəhşətlidir”

13.11.2018 - Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı - Məhkəmə işi

Facebook