Gəncə Təhsil İdarəsinin müdiri saxta diplomlu müəllimə qalmaqalında –FOTOFAKT

“Gülafət Bayramova 1989-cu ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Əlvan metalların metallurgiyası” ixtisasını bitirib. Daha sonra saxta yolla Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Yenidənhazırlanma fakültəsinin diplomunu əldə edib. Bu yaxınlarda Gəncə Təhsil İdarəsinin on illik maliyyə fəaliyyəti yoxlanan zaman Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Yenidənhazırlanma fakültəsini bitirmiş, habelə orada kurs keçmiş müəllimlərin diplomları mühasibatlıq tərəfindən tələb olundu. Bayramova Gülafət Baharəddin qızı ondan dəfələrlə tələb olunmasına baxmayaraq, diplomu məktəb direktoruna verməkdən imtina etdi. Yalandan bildirdi ki, guya diplomu yoxlanmaq üçün Təhsil Nazirliyinə göndərib. Amma bunun belə olmadığı, Gülafət Bayramovanın diplomunun saxta olduğu hər kəsə bəllidir”.
Savash.org-a daxil olan məlumatda Bayramova Gülafət Baharəddin qızının saxta diplomunun gizlədilməsində Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynov vəzifəsindən sui istifadə edərək, ona şərait yaratdığı bildirilir.
Daha sonra bildirilir ki, Bayramova Gülafət Baharəddin qızına Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Yenidənhazırlanma fakültəsini bitirməsi haqqında YB N 003232 qeydiyyat N 4146 diplomu verilməmişdir: “Bu seriyalı diplom Təhsil Nazirliyində qeydiyyatdan keçməmişdir və saxtadır.(Diplomların hər ikisinin surəti əlavə olunur). Bayramova Gülafət Baharəddin qızı qanunsuz olaraq əmək haqqı alıb və dövlətə külli miqdarda ziyan vurmuşdur.Çox maraqlıdır, cəmi 5-6 ayliq kursla, özü də saxta yolla metallurqçudan necə azərbaycan dili və ədəbiyyatı müəlliminə çevrilmək olar?”


Savash.org
17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?
17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)
16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək
16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar
16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO
16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür
16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM
16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər
16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?
16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib
15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı
15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi
15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?