Qiyamçı müstəntiqin evində axtarış aparıldı

21 dekabr 2015
Qiyamçı müstəntiqin evində axtarış aparıldıMüdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks millət vəkili Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verərək müxalifətə keçdiyini bəyan edən oğlu Rüfət Səfərovun mənzilində axtarış aparılıb, əmlakı müsadirə edilib.

Bu barədə Moderator.az-a Eldar Sabiroğlu məlumat verib.

Eldar Sabiroğlu Moderator.az vasitəsilə ölkə başçısına bir daha müraciət edib: "Bir neçə dəqiqə əvvəl oğlum Rüfət mənə zəng edərək bildirdi ki, ata, yoxlama komissiyası gəlib və mənim əmlakımı, kompüterimi, telefonlarımı müsadirə ediblər. Qarşılığında sənəd tələb etsəm də heç bir sənəd göstərmədilər və hesab edirəm ki, bu da qeyri-qanunidir. İndi xəbər aldım ki, prokurorluq işçiləri Zərdabda kirayədə qaldığım mənzilə axtarışa gedir. Mən anlaya bilmirəm, oğlum hansı cinayəti törədib ki, ona bu formada münasibət göstərilir. Mən onun tutduğu yol haqqında öz fikrimi bildirmişdim. Tutduğu yolun cavabı olaraq da onu prokurorluq orqanlarından xaric etdilər. Belə etməklə başqa hansı məqsədləri güdürlər? Həbs etməkmi istəyirlər? Buyursunlar, onu da etsinlər. Ancaq yenə təkrar soruşuram, oğlum hansı ağır cinayəti törədib? Bəlkə dövlət çevrilişinə cəhd edib və ya hansısa silahlı münaqişə törədib?

Hörmətli cənab prezident, sizdən xahiş edirəm, bu qeyri- qanuni işləri törədənlərin qarşısı alınsın. Mən övladım Rüfətin seçdiyi yolu bəyənmirəm və bir daha təkrar edirəm ki, o, düzgün yolla getmədi. Ancaq indi nə baş verib ki, sanki oğlumu həbs etmək istəyirlər. Bəlkə başqa cinayətləri var, biz bilmirik? Mümkündür ki, onun müsadirə edilmiş telefonlarına, kompüterinə nəsə köçürsünlər və elə onunla bağlı da oğlumu mühakimə etsinlər. Oğlumun mənimlə danışmasına imkan vermədilər, telefonu əlindən alıb danışığımızı yarıda qoydular".

Rüfət Səfərov isə musavat.com-a açıqlamasında baş verənləri detallı danışdı: “2 saat bundan əvvəl xidməti kabinetimdəydiim. Baş Prokurorluğun 3 əməkdaşı, eləcə də Zərdab rayon polis şöbəsinin rəisi otağa daxil oldular.

Sənədləri, kompüteri götürəcəklərini dedilər. Dedim şəxsi kompüterimdir, niyə götürürsüz? Dedilər, biz bilmək istəyirik ki, orda nəsə varmı, bundan istifadə edə bilərsən. Çaş-baş qaldım. Kompüterimi götürdülər. Özlərinə də dedim ki, indi 21-ci əsrdir, kompüter əsridir. Hansısa hakerin vasitəsilə İŞİD-in terrorist üzvü kimi qələmə verə bilərlər məni”.

Müsahibimiz dedi ki, daha sonra onun telefonlarına baxış keçiriblər: “SMS-lərimi, zənglərimin siyahısını araşdırdılar. Onlara iradımı bildirdim ki, yoldaşımla yazışmalarıma niyə baxdız? Sonradan evimə gəldilər. Otaqlara girib başqa kompüter axtarmağa başladılar. Yataq otağına qədər girib baxdılar. Mən onlarla burda hüququn dili ilə danışa bilmədim”.

R.Səfərov hesab edir ki, bu əməliyyat səbəbsiz deyil: “Sənədləri götürdülər. Baza toplayıb, cinayət təqibini həyata keçirmək istəyirlər. Sabah ölkə prezidentinə, İlham Əliyevə bu qanunsuzluqlar barədə müraciət edəcəyəm”.
Xəbəriniz olsun

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

24.06.2019 - Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər

Facebook