İlham Əliyevdən Ziya Məmmədova “əcəl zəngi”: NƏQLİYYAT NAZİRLİYİ LƏĞV OLUNUR

22 dekabr 2015
İlham Əliyevdən Ziya Məmmədova “əcəl zəngi”: NƏQLİYYAT NAZİRLİYİ LƏĞV OLUNURNəqliyyat naziri Ziya Məmmədovla bağlı müəmmalı sitiasiya özünün məntiqi sonluğuna yaxınlaşır. Belə ki, uzun müddətdir ki, “vurulacağı”, vəzifədən çıxardılacağı haqda anonslar verilən nazirlə bağlı işə salınacaq ssenariyə aydınlıq gəlməkdədir. Hər halda ölkə prezidenti İlham Əliyevin ötən gün Bakı şəhərində nəqliyyat sahəsində islahatların həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığı fərman Ziya Məmmədovla bağlı bütün sualları cavablandırmış oldu.

Savash.org bildirir ki, sözügedən fərmanı Ziya Məmmədov üçün “əcəl zəngi” də adlandırmaq olar. Çünki fərmandan da göründüyü kimi nəqliyyat sektorunda Nəqliyyat Nazirliyinin başlıca funksiyalarını mənimsəyən yeni struktur yaradıldı, bu halda isə paralel olaraq Nəqliyyat Nazirliyinin saxlanacağı ehtimalı çox aşağıdır. Görünən odur ki, yaxın günlərdə Nəqliyyat Nazirliyinin ləğv olunacağı gözlənilir, yeni yaradılacaq Nəqliyyat Agentliyi isə ləğv olunacaq strukturun həyata keçirdiyi bir sıra funksiyaları reallaşdıracaq.

Xatırladaq ki, prezident Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılmasını qərara alıb.

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə tapşırılıb ki, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görsün.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin strukturu” təsdiq edilir. Həmçinin Bakı Nəqliyyat Agentliyinin işçilərinin ümumi say həddi 160 ştat vahidi müəyyən edilir.
Eyni zamanda Nəqliyyat Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Agentliyin tabeliyinə verilir.
Hər halda belə sonluq ən az ehtimal edilən variantlardan idi. Amma görünən odur ki, prezident Ziya Məmmədovu vəzifədən çıxarmaqdansa onun bütün səlahiyyətlərini əlindən almaq, onu səlahiyyətsiz nazirə çevirdikdən sonra isə rəhbərlik etdiyi Nəqliyyat Nazirliyini ləğv etmək qərarına gəlib.
Savash.org
Xəbəriniz olsun

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

17.10.2018 - Trampın müşaviri İlham Əliyevlə Bakıda nədən danışacaq? - Pərdəarxası...

16.10.2018 - Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?

16.10.2018 - Paşinyan istefa verdi və...üzr istədi

16.10.2018 - Bakının Nərimanov rayonunda tikinti şirkəti iki evi dağıtdı, vətəndaş dirəyə çıxdı

16.10.2018 - İnam Kərimovun "AĞ QIZIL" YALANI... - Prezident pambıqçılığın inkişafından narazıdır

16.10.2018 - "Modern Hospital”da daha bir dəhşət - Xəstəni səhv müalicə etdilər, ayağı kəsildi

16.10.2018 - "Məhərrəm Əliyev İsa Qəmbəri kabinetdə söyüb" - İqbal Ağazadə

Facebook