Bakının mərkəzində polisin gizli qumarxana əməliyyatı...

24 noyabr 2014
Bakının mərkəzində polisin gizli qumarxana əməliyyatı...Obyekt gündüz çay evi kimi, gecə isə qumarxana kimi fəaliyyət göstərirmiş

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxtda qanunsuz qumarxana fəaliyyətinin qarşısını alınıb. virtualaz.org nazirliyə istinadən bildirir ki, Səbayel rayonu Bülbül prospektində yerləşən “Bikkers Club” çay evində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində “poker” kart qumar oyunları təşkil etməkdə və oynamaqda təqsirli bilinən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar. Obyektə baxış zamanı bu oyunlar üçün istifadə olunan kart dəstələri və qumara qoyulmuş külli miqdarda pul aşkar olunaraq maddi sübut kimi götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Göyçay rayonunda anadan olmuş, 23 yaşlı İsmayıl Musayev Sabirabad rayon sakini, 24 yaşlı Nicat Məmmədovla əlbir olaraq kirayəyə götürdükləri obyektdə bir neçə aydır ki, qumarxana təşkil ediblər. Gündüzlər çay evi kimi fəaliyyət göstərən obyektdə gecə saat 2-dən sonra səhərə qədər qumar oyunları keçirilib. Faktla bağlı DİN BMCMİ-nin istintaq şöbəsində cinayət işi başlanıb, istintaq araşdırmaları aparılır.
Xəbəriniz olsun

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

14.07.2018 - Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısını həbs etdilər

14.07.2018 - Bakıda lift şaxtaya düşdü: Xəsarət alanlar var

14.07.2018 - Ramil Usubov polis rəislərini topladı

13.07.2018 - Qətlə yetirilən polis polkovniki onunla gəlmək istəyən həmkarına: "Gəncəlilər mənə əl qaldırmaz..."

13.07.2018 - İlham Əliyev: Gəncədəki hadisələrin arxasında xarici güclər durur

Facebook