Restoranda 6 nəfəri güllələyənin atası işdən qovuldu

23 dekabr 2015
Restoranda 6 nəfəri güllələyənin atası işdən qovulduRestoranda ad günü keçirən şəxslərə atəş açan gəncin atası 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsindən qovuldu

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Zeytə park” restoranında şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxslər qəsəbə sakinləri - Ədalət Həsənov, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra onlara atəş açıblar.
Verilən məlumata görə “Vinçestr” markalı tüfəngdən atəş açan şəxs M.Əliyev olub. Mübahisə zamanı R.Kərimov daha ağır yaralanıb. Bundan sonra M.Əliyev Az 90 CD 999 nömrə nişanlı “Toyota” markalı, Samir adlı şəxs isə “Fiat” markalı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıblar.

Xəsarət alanlar sırasında Ə.Həsənovun 7 yaşlı oğlu Orxan Həsənov da var. Həmin gün restoranda Ə.Həsənovun ad günü keçirilirmiş. Hadisə barəsində hüquq mühafizə orqanları məlumat alandan sonra araşdırmalara başlanıb.

M.Əliyev və onunla birgə cinayətdə iştirak etmiş şəxsin müəyyən olunması üçün əməliyyat axtarış tədbirləri həyata keçirilib. M.Əliyevin maşını Səbayel rayonu ərazisində, Badamdar qəsəbəsindəki küçələrdən birində aşkar olunub. Avtomobildən cinayətdə istifadə edilməsi ehtimal olunan “Vinçestr” markalı tüfəng və mobil telefon götürülüb. Sonradan M.Əliyevin özü də müəyyən edilərək tutulub. Redaksiyamıza daxil olan məlumata görə restoranında vətəndaşları qanına qəltan edən Məhərrəm Əliyev 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin oğludur. Bu haqda “Yeni Müsavat”a daxil olan xəbərdə deyilir ki, F.Əliyev vergilər naziri Fazil Məmmədovun kadrıdır. Fəxrəddin Əliyev uzun illərdir ki, vergi sistemində çalşışır.

Azvision.az saytının əməkdaşı olay zamanı yaralanan 1 saylı Şəhər Kliniki Xəstəxanasında olub. Öyrənib ki, insident zamanı yaralanan şəxslərdən 3-ü artıq evə buraxılıb. Yaralılardan 1-i travmatologiya, 2 nəfər isə cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralı şəxslər polis nəzarətindədir. Yaxınlarının bildirdiyinə görə, insident zamanı yaralanan 37 yaşlı Rafiq Kərimov Qızıldaş qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləyirmiş.

Rafiq ailəlidir və körpə uşaqları var. Hadisənin təfərrüatlarına gəlincə isə insident zamanı yaralan Ədalət Həsənov Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında 7 yaşlı oğlu Orxan üçün ad günü şənliyi keçirirmiş. Bu münasibətlə Ədalət Həsənov daş karxanasında işlədiyi dostlarını övladının ad gününə dəvət edibmiş. Mərasim keçirilən zamanı restoranda Ədalət Həsənovun dostları ilə digər masada əyləşən müştərilər arasında mübahisə yaranıb. İçkili halda olan Bakı şəhər sakini Məhərrəm Əliyev və onun Samir adlı dostu Ədalət Həsənovun qonaqlarından sakit olmağı tələb edib və onları hədələyiblər. Mübahisə böyüdükdən sonra Məhərrəm Əliyev onlara odlu silahdan atəş açmağa başlayıb. Yaralılardan 5-i tüfəngdən, 1-i isə tapançadan açılan atəş nəticəsində xəsarət alıb.

Ən maraqlı məqamlardan biri isə Məhərrəm Əliyev saxlanıldıqadan sonra polislərin nəzarətində gətirildiyi 1 saylı Şəhər Kliniki Xəstəxanasında yaşanıb. Xəsarət alanlarla üzləşdirilən məmur oğlu törətdiyi cinayətdən peşman olmadığını gizlətməyib.
Yaralıların qohumları bildirib ki, silahdan atəş açan şəxs yüksək vəzifəli şəxsin oğludur. Xəstəxana işçilərinin bildirdiyinə görə, silahdan atəş açan şəxs üzləşdirmə zamanı “Günahkar mənəm, yaxşı eləmişəm” - deyə cavab verib. “Həmin şəxs xəstəxanaya polisin müşayiəti ilə gəlmişdi. Heç nədən qorxmadan, çəkinmədən dedi ki, yaxşı eləmişəm. O, atasının vəzifədə işlədiyini deyərək hamını hədələdi”- deyə, yaralıların qohumları deyib.

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

F.Əliyev isə dünən tutduğu vəzifədən azad edilib. Onun yerinə artıq təyinat da olub. Belə ki, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində çalışmış Pərvin Əhmədov 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi təyin edilib.

F.Əliyev APA-ya açıqlamasında oğlu Məhərrəm Əliyevin psixoloji problemlərinin olduğunu deyib: “Hadisə ilə bağlı hazırda Bakı şəhərindəyəm. Hadisənin təfərrüatları barədə heç nə deyə bilmərəm. Hüquq-mühafizə orqanları məsələni araşdırır. Oğlum Bakıda bizneslə məşğul olurdu. Onun psixoloji problemləri var”.

E.HÜSEYNOV

P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
Xəbəriniz olsun

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

Facebook