YAP-ın Beyləqan liderinin Heydər Əliyevin anım tədbirində buraxdığı "quş"

13 dekabr 2014
YAP-ın Beyləqan liderinin Heydər Əliyevin anım tədbirində buraxdığı "quş"Adama deyərlər iki kəlməni kəsə bilmədiyin halda, sən necə gəlib bu boyda rayonun Yeni Azərbaycan Partiyası kimi nüfuzlu partiyasının rayon təşkilatının sədri olursan? Bəli. Düz tapdınız. Söhbət ötən gün adını qeyd etdiyimiz Bəyləqan rayon YAP- təşkilatının sədri Rəfail Pəsiyevdən gedir. Bu insanın Ulu Öndərin xatirə gününə həsr edilmiş tədbirdə “avanqard” çıxışı haqda qısa da olsa oxucuları məlumatlandırmışdıq. Amma bu hadisəni təfərrüatı ilə dinlədikdə adam lap ona diplom verənin savadına da şübhə ilə yanaşır. Kəlmə kəsə bilməyən kəsləri kürsü başına oturtmaqla o boyda nüfuzlu partiyanın adına xələl gəlməsini görəsən düşünən yoxdurmu? Elə bu gün xatirəsini yad etdiyimiz Heydər Əliyev məgər bizə YAP-ı bu cür savadsızlarla davam etdirməyi rəva görərdimi? Mən sizə tədbiri təfərrüatı ilə danışım sizdə diqqətlə düşünün ki, Rəfail Pəsiyev kimi savadsızların YAP sıralarından təmizlənmək vaxtı gəlib çatmayıbmı?

Deməli iki gün öcə Beyləqan polisi Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirib. Həmin tədbiri Bəyləqan rayon YAP təşkilatının sədir kimi Rəfail Pəsiyev də dəvət alıb. Tədbirdə hər kəs Ulu Öndər haqda dəyərli fikirlər səsləndirib və onun ünvanına xoş sözlər söyləyirlər:

Bu boyda nitqdən sonra söz verilir məşhur bələdiyyə kürsüsünün alveri ilə məşqul olan Rəfail Pəsiyevə. O isə öz növbəsində bu boyda nitqə qulaq asıb mikrofonu götürüb polisləri peşə günləri münasibəti ilə təbrik edir: “Əziz polis işçiləri hamınızın peşə bayramını təbrik edirəm... ”

Ardını vermək istəmirik... O boyda ölməz şəxsiyyətdən yarım saat nitq söyləmiş YAP təşkilatının nümayəndələrinin ardından sözü YAP təşkilatının sədrinə verəsən, o da polisləri təbrik etsin...Böyük ehtimalla Rəfail müəllim tədbirdə mürgüləyibmiş. Hətta polislərin onu qanunsuz torpaq alveri ilə məşqul olmasına görə tutulduğunu filan görüb ki, yuxudan ayılar-ayılmaz polislərdən danışmağa başlayıb... Əks halda bu Rəfail Pəsiyevin hərəkətinə elə türk demişkən yalnız “pəs” demək olar...

Türkel Turançı
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook